Yuxarı

"Cırtdan" Türkiyəyə gedir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının üzvləri Türkiyəyə səfərə hazırlaşır.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, teatrın üzvləri Tunar İsa, Aylin Nəcəfli, Nazim Hacıyev və Selcan Musayeva "23 aprel – Milli Suverenlik və Uşaq Günü" münasibətilə Türkiyədə reallaşacaq möhtəşəm tədbirdə "Nağıl çələngi" adlı tamaşa-konsert proqramı ilə çıxış edəcək, türkiyəli həmyaşıdları qarşısında "Cırtdan", "Tıq-Tıq xanım", "Ələddin" və "Gəlincik" kimi məşhur nağıl qəhrəmanlarının obrazlarını canlandıracaqlar. Tamaşa-konsertin senari müəllifi Səidə Haqverdiyeva, səhnələşdirən isə studiyanın müəllimi, aktrisa Cəmilə Allahverdiyevadır.

Qeyd edək ki, aprelin 20-dən 26-dək davam edəcək səfər çərçivəsində balacaların Türkiyənin digər şəhərlərində çıxışları da nəzərdə tutulur.

Tarix
2015.04.18 / 02:15
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla