Yuxarı

Əfsanəvi musiqiçini evindən qovan “Bitlz”çi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfsanəvi musiqiçini evindən qovan “Bitlz”çi - Foto

Əfsanəvi musiqiçi Cimmi Hendriksin 1960-cı illərin ortasında Londonda yaşadığı evdən qovulduğu ortaya çıxıb. Evin sahibi isə "The Beatles" (Bitlz) qrupunun zərbçisi Rinqo Star olub.

Axar.az xəbər verir ki, 1966-cı ildə Rinqo Stardan Londondakı evini kirayə götürən Cimmi Hendriks evdə öz sevgilisi və dostları ilə yaşayıb: xanımı Keti Etçinqam, meneceri Çes Çendler və onun sevgilisi Lotta Null.

Evin kirayə pulu 30 sterlinq olub.

1967-ci ilin mart ayında "Purple Haze" albomu işıq üzü görəndə Hendriks bu evdə yaşayırdı. Sevgilisi Keti ilə dalaşdıqdan sonra bəstələdiyi "The wind cries Mary" (Ketinin ikinci adı Meri idi) adlı mahnısını da bu evdə yazıb.

Eyni dövrdə narkotik maddələrdən istifadə etməyə başlayan musiqiçi evin divarlarını boyayır.

Bu səbəbdən səbir kasası daşan Rinqo Star əfsanəvi musiqiçini öz evindən qovur.

Bir müddət sonra bu evə Con Lennonla sevgilisi Yoko Ona köçür. Üç ay burda yaşayan cütlüyün bütün dünyada məşhur olan çılpaq fotoları burda çəkilib. Xatırladaq ki, həmin foto Lennonun "Two Virgins" albomunun üz qabığı olub.

Tarix
2015.04.23 / 01:36
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla