Yuxarı

Azərbaycan Ordusu dünyaya sübut etdi ki...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ və ya Vətən müharibəsi – adını nə qoymağımızdan asılı olmayaraq, bu, bizim üçün daha çox Haqq savaşıdır.

Biz torpaqlarımızı işğaldan azad etməklə ən önəmli məfhumu - Ədaləti bərpa edirik.

Sözümü nəyə gətirirəm...

Deyir, heç kim yaşatdığını yaşamadan ölməz. Biz bunu hazırkı müharibədə də görürük.

Ogünlərdə bir foto çıxdı qarşıma. Birinci Qarabağ savaşında azyaşlı qızımız başını tutub qışqırırdı. Fotonun sol tərəfində isə İkinci Qarabağ savaşında erməni əsgəri başını tutub qışqırırdı. Bir həmvətənimiz ermənilərə müraciətlə yazmışdı ki, bəs bilmirdinizmi ki, 92-ci ildə ağlatdığınız, qorxutduğunuz bu qızın qardaşı böyüyüb gəlib 2020-ci ildə eyni dəhşəti sizə yaşadacaq?

Doğrudan da 1992-nin 26 fevralında Xocalıdan anasının qucağında çıxan uşaqlar 2020-nin sentyabrında tank üstündə qayıtdılar...

Xocalı... bu sözü görəndə içimizə nəhayətsiz bir sükut çökür... Nədənsə həmişə mənə elə gəlib ki, ən çox Xocalı işğal edilib. Elə bilirəm, ermənilər Xocalını dəfələrlə işğal ediblər: qəsdən bir neçə dəfə geri qaytarıb, yenidən hücuma keçiblər, qırıb-dağıdıblar...

Bu gün Xocalının da qisası alınır. Yox, biz ermənilər kimi mülki şəxslərə, arvad-uşağa güllə atmırıq. Amma Ordumuz Xocalı soyqırımını törədənləri cəzalandırır. Hərbçilərimiz Xocalı soyqırımında iştirak edən erməni terrorçuları bir-bir məhv edir.

Dünya insanlıq cinayəti törədən bu vəhşilərə göz yumdu. Ona görə də Ədalət Məhkəməsini Azərbaycan Əsgəri qurdu.

Dünyanın nüfuzlu media orqanları, politoloqları, hətta ABŞ generalları Azərbaycanın dünya hərb sənətində yeni tarix yazdığını bildirirlər. Amma biz təkcə hərbin yox, bir xalq olaraq mənəvi dünyanın da konturlarında tarix yazırıq. İndi Azərbaycan təkcə haqqı olanı almır, həm də dünyaya ədaləti bərpa etməyin mümkün olduğunu göstərir. Azərbaycanla yanaşı işğala, müstəmləkə siyasətinə məruz qalan ölkələr, xalqlar da var. Bu baxımdan həm də onlara bir nümunə, ümid işığı oluruq.

Biz ədaləti Yer kürəsinə qaytarırıq.

Tarix
2020.10.15 / 12:20
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla