Yuxarı

"Nabat" artıq “ağ elədi” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nabat" filmi növbəti mükafatını qazanıb.

Axar.az-a Farsnyus-a istinadən xəbər verir ki, film İranda keçirilən 33-cü Fəcr beynəlxalq film festivalının "Eastern Panorama" müsabiqə proqramında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb.

Festivalda və mükafatların təqdimetmə mərasimində filmin yaradıcı heyəti iştirak edib. Filmin rejissoru və ssenari müəlliflərindən biri olan Elçin Musaoğlu Axar.az-a hisslərini bölüşüb:

"Fəcr festivalının 3 müsabiqə proqramı var: "Eastern Panorama", "Salvation Cinema" və "Art and Experience". Mən "Nabat" filminə görə "Ən yaxşı rejissor" mükafatına "Eastern Panorama" müsabiqə proqramında layiq görülmüşəm".

1982-ci ildən İranın Mədəniyyət Nazirliyinin nəzarəti altında bu il 33-cü dəfə keçirilən Fəcr beynəlxalq film festivalının "Eastern Panorama" müsabiqə proqramında bu il 300-dən artıq film iştirak edib.

Xatırladaq ki, dünya premyerası sentyabrın 5-də 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan "Nabat" filmi keçən il "Oskar"a təqdim olunsa da əsas tura keçməyib. Bir çox beynəlxalq festivallarda iştirak edən film indiyə qədər 50-ci Çikaqo, 27-ci Tokio, XIV Mərakeş, 34-cü İstanbul beynəlxalq film festivallarında nümayiş olunub və çoxsaylı mükafatlar qazanıb.

"Nabat" filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Tarix
2015.05.04 / 18:56
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla