Yuxarı

Qara Qarayevin xatirəsi yad edildi - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qara Qarayevin xatirəsi yad edildi - Fotolar

Bu gün Fəxri xiyabanda görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, sosialist əməyi qəhrəmanı, dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin (1918-1982) vəfatının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimə qatılan mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri dahi bəstəkarın məzarı önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Qara Qarayevin Azərbaycan və dünya musiqi tarixinə əvəzsiz töhfələrindən danışıb. Bildirib ki, Qara Qarayevin yaratdığı möhtəşəm musiqilər dünyanın müxtəlif ölkələrində səsləndirilir, sevilir: "Azərbaycan mədəniyyətinə, musiqisinə ölməz əsərlər bəxş etmiş Qara Qarayevin vəfatından 33 il ötür. O, çox səmimi, təvazökar insan, dahi bəstəkar və böyük pedaqoq idi. Onun bəstəkarlıq məktəbi Azərbaycanda yeni bəstəkarlar nəslinin yetişməsinə səbəb olub. Qara Qarayevin sayəsində musiqiyə sevgisi olan böyük bir nəsil yetişib. Bu gün də onun əsərləri dünyanın müxtəlif ölkələrində sevilərək səsləndirilir və həyəcanla dinlənilir. Nə qədər ki, Azərbaycan xalqının musiqisi, mədəniyyəti yaşayır, Qara Qarayev və onun bizə miras qoyub getdiyi zəngin irs də yaşayacaq".

Qara Qarayevin tələbəsi olmuş xalq artistləri Musa Mirzəyev və Sevda İbrahimova çıxış edərək bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, Qara Qarayev həmişə tələbələrinə mehriban və səmimi insan kimi yanaşaraq, həm böyük müəllim, həm də böyük dost olub.

Mərasim iştirakçıları daha sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət edərək, xatirəsini hörmətlə yad ediblər.

Tarix
2015.05.13 / 18:14
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Startfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!

Bakıya kömək edənlərin “erməni soyqırımı” addımı... - Xaçikyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla