Yuxarı

Dünyaya gəlməmiş hakimiyyətə gələn imperator – Şok

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyaya gəlməmiş hakimiyyətə gələn imperator – Şok

Monarxiya dövlət quruluşunda hakimiyyət atadan oğula ötürüldüyünə görə bəzən maraqlı hadisələr tarixin səhifələrinə köçür. Dünyasını dəyişən liderin yerinə onun azyaşlı oğlu keçmək məcburiyyətində qalır və ölkənin dəhşətli günləri bundan sonra başlayır. Bu hal bəzən xalq üçün, bəzən azyaşlı monarxın özü üçün faciə ilə nəticələnir. Tarixi təcrübə göstərir ki, ikinci hala daha çox rast gəlinir.

Axar.az tarix boyu hakimiyyətdə olmuş ən azyaşlı və yaddaqalan hökmdarlar haqda yazını təqdim edir:

11 yaşlı II Pyotr (1715-1730)

II Pyotr Aleksey Petroviçin oğlu idi. Atasının vəfatından sonra Pyotr onun yerinə keçməyə ən uyğun namizəd seçildi.

1727-ci ildə I Yekaterina vəfat etdikdən sonra Pyotr taxta çıxır. Çox keçmədən balaca imperator idarəçiliyə və dövlətin özünəməxsus "cəzalandırma sistemi"nə yiyələnir. Tezliklə Pyotr Menşikovun həbsi və sürgün edilməsi barədə əmr verir. Pyotr hətta dostunun bacısı ilə nişanlanır və toya hazırlaşır. Lakin bəxti gətirmir. 1730-cu ildə – 15 yaşında vəfat edir.

V Balduin Yerusəlim (1178-1186) - 7 yaş

Orta əsrlərdə bu qəmgin tarixçə olduqca məşhur idi. V Balduin I Amorinin nəvəsi, şahzadə Sibillanın oğlu idi.

Balduinin taxta çıxmasının əsas səbəbi kral ailəsi üzvlərinin hakimiyyət uğrunda apardığı mübarizə idi. V Balduin hakimiyyətə gələndə onun 7 yaşı var idi. Əlbəttə ki, o, idarəçilikdə birbaşa iştirak etmirdi. Onun yerinə bütün mühüm qərarları qraf III Raymund verirdi. Buna baxmayaraq, azyaşlı hökmdar hakimiyyətə gəldiyi vaxtdan 1 il sonra – 8 yaşında dünyasını dəyişir.

13 yaşlı V Eduard (1470-1483)

V Eduard İngiltərə kralı IV Eduardın ölümündən sonra 13 yaşında taxta çıxıb. Atası IV Eduard "Qızılgül müharibələri"ndən qalib çıxsa da, balaca Eduardın bəxti gətirmədi. O, yalnız 4 ay ölkəni idarə etdi. Onu Tauerə sürgün etdilər və sonradan kralın orada qətlə yetirildiyi ilə bağlı xəbərlər yayılmağa başladı.

I Sebastyan (1554-1578) - 3 yaş

Sebastyan dünyaya gəldikdən qısa müddət sonra atası şahzadə Juan Manuel dünyasını dəyişir. Atasının ölümündən sonra babası bir müddət hakimiyyəti idarə edir, lakin çox keçmir ki, Sebastyan taxta çıxır və 3 yaşından Portuqaliyanı idarə etməyə başlayır.

I Sebastyanı müsəlmanlara qarşı mübarizə aparmalı olan xilaskar ruhunda yetişdirirlər. Buna görə də balaca hökmdar özünü xüsusi missiya sahibi hesab edir. Onun ölümü də elə bu missiyanın icrası zamanı – Xaç yürüşlərində baş verir.

Dünyaya gəlməmiş hakimiyyətə gələn

I İohannın atası 1316-cı ildə dünyasını dəyişir. Bu vaxtı onun xanımı Klementsiya artıq İohanna hamilə olur. Hökmdarın ölümü İohannın hələ doğulmadan öncə hökmdar elan edilməsinə gətirib çıxarır.

Təəssüf ki, balaca hökmdar doğulduğu vaxtdan 5 gün sonra vəfat edir.

Tarix
2015.05.15 / 23:38
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla