Yuxarı

Yazıçılardan faciə qurbanlarına hörmətsizlik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü paytaxtda "Anar" şadlıq sarayında "Avrasiya Şairləri Antologiyası"nın Bakı görüşü keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Bakıya qonaq qismində dəvət olunan türk dünyasının bir çox ölkələrindən jurnalistlər, şairlər, o cümlədən kitabda yer alan müəlliflər iştirak edib.

Şair Qəşəm Nəcəfzadə və Nuranə Nurun aparıcılığı ilə baş tutan tədbirdə tanınmış qələm sahibləri çıxış edərək, "Avrasiya Şairləri Antologiyası" kitabında dərc olunan müəllifləri təbrik edib, tədbirin Bakı görüşünü təşkil edənlərə (Raifə Sərxanqızı, Qabil Ədalət, İlqar Türkoğlu, Nəcibə İlkin və s.) minnətdarlıqlarını bildiriblər.

Manera.az-ın əməkdaşı Şəhla Aslan tədbirdəki musiqi proqramının mayın 19-da Bakının Binəqədi rayonundakı binada baş verən yanğın nəticəsində faciəvi surətdə vəfat edən 15 nəfər soydaşımızın narahat ruhuna hörmətsizlik əlaməti olduğunu qeyd edərək, təşkilatçıları və hüzn günlərində qol qaldırıb rəqs edənləri əsaslı şəkildə qınayaraq məclisi tərk edib.

Qeyd edək ki, Şəhla Aslanın çıxışından sonra bir qrup gənc yazar və şair, jurnalist də tədbiri tərk edib.

Tarix
2015.05.25 / 13:29
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla