Yuxarı

Xalq artistindən TƏBİB-ə şok müraciət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistindən TƏBİB-ə şok müraciət

Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və “evdəqal” kampaniyasının təbliğatçılarından olan xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət, incəsənət sahəsinə qarşı qadağalar davam edəcək?

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Tünzalə Ağayeva qeyd edib.

O bildirib ki, Azərbaycan musiqiçilərinin, eləcə də onun müəllif hüquqlarının qorunması və hər hansı gəlir əldə etməsi mümkün deyil:

“Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər verə bilək.

Minlərlə musiqiçi yalnız gündəlik qazancla yaşayır - onlardan artıq dünyasını dəyişənlər də oldu, digərləri param-parça vəziyyətdədirlər. Bununla musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə-itirə gedir”.

T.Ağayeva qeyd edib ki, Azərbaycanın tanınmışları haqqında əksər insanlar tərəfindən olduqca yanlış bir təsəvvür var:

“Baxın, başqa ölkələrdə musiqiçi, artist kimi məhşurlaşmaq çox yaxşı qazanmaq deməkdir - albom, kaset satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məşhurun qazancıdır.

Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var və alternativ fəaliyyət imkanları da hələlik yoxdur. Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı demək deyil. O, Allahın verdiyi səsi, istedadı, sadəcə, sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən, 100% durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlıların, peşəkarların itkisinə aparır”.

Tarix
2021.01.23 / 13:31
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla