Yuxarı

“Səidə Sultanın efirdə sinəsinin açılması...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son zamanlar şou-biznes əhlinin yaxası açılır, paltarında problemlər olur".

Bu sözləri tanınmış professor, televiziya tənqidçisi Qulu Məhərrəmli Space TV-də yayımlanan "Əsl şou" verilişində aparıcı-müğənni Səidə Sultanın başına gələn "qəza" ilə bağlı Axar.az-a danışarkən deyib:

"Canlı yayımda səhvlərdən heç kim sığortalanmayıb. Təkcə Azərbaycanda deyil, bütün dünya televiziyalarında bu tip hallara rast gəlmək olur. Amma bunun qarşısını almağın bir yolu var ki, o verilişə yaxşı hazırlaşmaq, bütün nüansları əvvəlcədən götür-qoy etmək lazımdır.

Qəzaları iki yerə bölmək olar. Birincisi, texniki qəzalardır – bəzən gözlənilmədən nəsə sıradan çıxa bilər, yanğın ola, işıqlar sönə bilər və sairə. Bu tip qəzaların qarşısını almaq müəyyən qədər çətindir. Yaradıcılıq baxımından da gözlənilməyən şeylər ortaya çıxa bilir. Amma bunlar bəzən düşünülmüş şəkildə edilir.

Bu, bir az mürəkkəb məsələdir. Son zamanlar şou-biznes əhlinin yaxası açılır, paltarında problemlər olur. Bunlar bir az fenomenal şeylərdir: bilmək olmur əvvəlcədən düşünülüb, yoxsa doğrudan da bu şəkildə qəza yaranıb.

Bir neçə il öncə qadın basketbolunda məşhur idmançılardan biri topu səbətdən keçirəndən sonra üst paltarını çıxarıb büsqalterlə qalmışdı. Hər kəs bunu qələbə sevinci ilə əlaqələndirsə də, bir müddət sonra məlum oldu ki, basketbolçu xanım əynindəki büsqalter şirkəti ilə müqavilə imzalayıb və bu hərəkəti ilə şirkəti reklam edib. Bu səbəbdən belə şeylərin mümkün olduğu faktı qaçılmazdır".

Xatırladaq ki, iki gün əvvəl "Əsl şou" verilişində müğənni Səidə Sultanın yaxasının açılması ilə sinəsinin görünməsi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tarix
2015.05.30 / 10:12
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla