Yuxarı

Sona Vəliyeva: “O, həm də “Kaspi”çidir”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sona Vəliyeva: “O, həm də “Kaspi”çidir”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri namizədi Qərənfil Dünyaminqızının "Dahinin istəyi, qələmin qüdrəti" kitabının təqdimatı baş tutub.

Axar.az xəbər verir ki, tədbirdə "Kaspi" qəzetinin həmtəsisçisi, şairə Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun rektoru Abel Məhərrəmov, Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, "Gündəlik Teleqraf" Media qrupunun rəhbəri Aynur Camalqızı, yazar Flora Xəlilzadə, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli və başqaları iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan Əflatun Amaşov Qərənfil Dünyaminqızının yaradıcılığını yüksək qiymətləndirib: "Hər bir xalqın həyatında onun mətbuatı xüsusi rol oynayır. Qərənfil Dünyaminqızının ilk şeirləri 10 yaşında "Pioner" jurnalında çıxıb. "Dahinin istəyi, qələmin qüdrəti" kitabında 45 məqalə çap olunub və bu məqalələrdə yeni elmi baxış özünü göstərir. Müəllif lakonik dildə fikirlərini ictimaiyyətə çatdırır".

Əflatun Amaşov Qərənfil Dünyaminqızını fəxri diplomla təltif edib.

Daha sonra söz alan "Kaspi" qəzetinin həmtəsisçisi, şairə, filologiya elmləri namizədi Sona Vəliyeva müəllifin Əli bəy Hüseynzadə, "Füyuzat" jurnalı, Qaspiralı və s. barədə bir neçə məqaləsinə təhlili yanaşaraq onların yüksək bədii keyfiyyətlərindən danışıb:

"Bir neçə gün öncə Cümhuriyyət gününü qeyd etdik. Qərənfil xanım da Cümhuriyyət dövrü jurnalistikasının tədqiqatçısıdır. Arxiv materialları əsasında gözəl bir kitab ərsəyə gətirib. O, həm də "Kaspi"çidir, "Kaspi" jurnalında məqalələri çıxıb".

BDU-nun rektoru Abel Məhərrəmov Qərənfil Dünyaminqızına xoş arzularını çatdırıb: "Mənim fikrimcə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər ilk növbədə ictimai-siyasi xadim olublar və xalqa fikirlərini çatdırmaqdan ötrü jurnalistikadan məharətlə istifadə ediblər".

Sonda söz alan Qərənfil Dünyaminqızı tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.

Tarix
2015.06.04 / 13:43
Müəllif
Nigar An
Digər xəbərlər

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla