Yuxarı

Zəfər parkındakı erməni tankını hansı azərbaycanlı alıb?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz gözümüzü nəyə açmışdıq? Bizim yeniyetməlik, gənclik çağlarımızda gördüklərimiz nə idi? Bakıda komendant saatı, tırtıllarla dağılmış küçələr, lüləsinə qərənfillər taxdığımız rus tanklarının dəmir vahiməsində soyuq gözləri ilə bizi süzən rus əsgərləri...

Biz nə görmüşdük ki? 3 kilometrlik Bulvarın sökülmüş səkiləri, deşiyindən Xəzərin suyu fışqıran köhnə Dənizkənarı Parkın kələkötür meydançaları...

Biz özümüzü tanıyanda nə gördük ki? 20 Yanvar dəhşəti, Qarabağdan gələn bəd xəbərlər, hər ay bir rayonumuzun ermənilər tərəfindən işğalı, Çingizin hönkürtüsü altında skalpı çıxarılmış uşaq meyitlərinin videosu, trosa bağlanıb zirehli maşının arxasınca sürüdülüb təhqir edilən ana, 1200-dən çox əsir qız-gəlin və ermənilərin bizi “gəlingördüyə” çağırması, millətin ruhunun tapdanması...

Biz gənclikdə nələr gördük ki? Yuyunmaq yadına düşməyən, saqqalı sinəsinə düşən məğrur, amma məğlub əsgərlərin Bakı küçələrində əlində avtomat gəzməsi, hər yerdə, hər ağızda “satqın” sədaları, “satdılar” nidaları...

Biz gənclikdə nələr yaşadıq ki? Bir-birinin ardınca şir kimi oğullara sui-qəsdlər, qiyamlar, qiyama cəhdlər, kədərli insan selinin mitinqləri, göz yaşları...

Biz gənclikdə nələr görmədik ki? Hətta onları indi yada salanda, o xatirələr oyananda saatlarla özünə gələ bilmirsən...

İndiki gənclik nə görür?

Darmadağın olan erməni ordusu, azad edilən torpaqlara səfərlər, məğlub və zavallı düşmən, Qürurlu Azərbaycan Ordusu, qanını yalayan düşmən, Meydan oxuyan Azərbaycan!

Hərbi Qənimətlər Parkının görüntülərini izləyirəm: boş qalan erməni dəbilqələri, metallom erməni tankı, zəlil görüntüsü mumiyalanmış erməni əsgəri...

Quş kimi uçmaq istəyirəm ora!

Bizim nəslin gəncliyini oğurlayan, bacılarımızı əsir götürüb, səhəri bizim əsgərlərə təhqiramiz şəkildə “çağırış” yollayan, uşaqları süngüyə keçirən, qızlarımızın döşünü kəsən, bətnindəki körpəsini çıxarıb analarımıza yedirən erməni əsgərlərinin boş qalmış dəbilqələrinin yanından keçmək şərəfini yaşamaq istəyirəm!

Heç vaxt qarşılaşmadığım o qaniçənin – ki Ordumuz çoxdan cəhənnəmə göndəribdir – alçağın, insanlıq düşməninin, qanıma susayan gorbagor olmuş vəhşinin mumiyalanmış cəsədinin yanında durmaq istəyirəm. Onun miskin görüntüsündə sinəmi qabağa verib, dünyanın ən xoşbəxt xalqının övladı, qisası alınmış anaların balası, namus ləkəsi təmizlənmiş bacının qardaşı kimi şəkil çəkdirmək istəyirəm.

Ancaq hələ hazır deyiləm, hələ gözləyirəm – orda ağlamamaq üçün toparlanıram.

Yəqin gec gedəcəm ora!

Amma siz mütləq gedin, indi gedin, fəxrlə gedin, qürurla gedin! Bu şərəfli tarixi canlı-canlı yaşayın, bizim məhv edilmiş gəncliyimizin əvəzini çıxın! Ordan Vətəni sevin, ordan Ordumuzu sevin, ordan bir-birinizi sevin!

Allah bizə axır ki, bu qüruru yaşamaq fürsəti verdi – bunun qədrini bilin! Bunu bizə yaşadanların qədrini bilin! Onlardan, bir-birinizdən muğayat olun!..

Dünəndən baxıram sosial şəbəkələrə: biriləri erməni dəbilqələrinin nümayişindən, biriləri erməni qaniçənin mumiyasından “narahat” olur. Deyəsən, metalloma dönən tankların nümayişindən də gərginlik keçirən var!

O boş qalan dəbilqə qaynınındırmı? O qaniçən mumiyada hansı doğmanızı təsəvvür edirsiniz ki? Yoxsa o metalloma dönən tank sənin ötürdüyün pulla alınıb?

Necə bunlara birmənalı yanaşmamaq olar?

Bəlkə gəncsiniz, o dəhşətləri canınızda yaşamamısınız, ağını çıxardacaq qədər humanist, ultrokosmololitsiniz deyə düşünərdim, sizi başa düşməyə çalışardım. And olsun ki, buna cəhd göstərdim də. Alınmadı! Heç cür bacarmadım!

Bəlkə də siz 30 il öncəki dəhşətləri unutmuşunuz; bəlkə də səviyyəsiz erməni siyasətçilərin bizim dağ boyda nəhənglərimizlə necə istehzalı danışdıqlarını görməmisiniz; bəlkə də “işğal etmişik, əcəb etmişik, kişisinizsə, gəlin, alın” kimi rəsmi tədbirlərdə belə səslənən meydanoxumalar sizə olmayıb; bəlkə bilmirsiniz, yaşamamısınız, görməmisiniz... Lakin bu görmədikləriniz sizlərə Qan yaddaşı ilə ötürülməli idi! Siz bunları Ruh yaddaşınızda gəzdirməli idiniz! Siz bu dəhşətləri Canınızda hiss etməliydiniz!

Qanınıza, Ruhunuza, Canınıza yaxşı baxın, özünüzü tanıyın: əgər doğrudan da bunlar sizin Qan, Can və Ruh yaddaşınızda yoxdursa, onda gedin Ermənistana, sizin yeriniz oradır!

Bura isə mənimdir, o Parkla qürur duyan can qardaşlarımındır, soydaşlarımındır; Bura o Parka gedəndə ruhu dincələn, gözləri fərəhdən dolan, bütün dünyaya QÜRURUM QAYITDI bağırmaq istəyənlərindir!

Bura mənim o qürurla böyütmək, o əyani vasitələrlə yaddaşına erməni zülmünü yazmaq istədiyim balalarımındır!

Şuşada yallı gedənlərə baxıb, göz yaşı tökməyənlər Şuşada mürəbbəli çay içən Prezidenti ilə qüruru duya bilməz!

Darmadağın olan hərbi texnikalarımızın nömrələrindən ermənilərin stend düzəldib, böyründə şəkil çəkdirməsinin əzabından 30 il yata bilməyənlər erməni boş dəbilqələrinin yanından qürurla keçə bilməz!

Bir dənə də xaric səs, “solo”, nə bilim, cəfəng “humanist” görmək istəmirəm!..

7 noyabrda, Şuşa artıq azad ediləndə rus jurnalistlər Şuşa ətrafında reportaj hazırlayırdılar – var internetdə, sosial şəbəkələrdə, hər biriniz baxa bilərsiniz. Orda bir maşında gənc erməni “qazlı-qazlı” gəlir, ondan rus jurnalist nə baş verdiyini soruşur. O isə döyüş getdiyini deyir və... “Biz qalib gələcəyik, türklər kimdir ki, bizi məğlub etsinlər. Türklərin başını əzəcəyik” söyləyib maşınına “qaz” edir...

Qınamadım erməni gəncini. Çünki o, heç vaxt Türkün əzəmətini görməmişdi. O, gözünü açandan ancaq qaçmağımızı görüb, torpaq almaq görüb, bizim məğlub olmağımızı görüb və bu cür də böyüyüb.

İndi deyə bilərmi o sözü? İndi cəsarəti çatarmı?

Bir daha heç bir erməni o cür danışa bilməyəcək!

Bax, mənim balalarım da o Parkda olmalıdır, erməninin necə miskin, məğlub olduğunu görməli, o boş qalmış dəbiqlələrin üstündə addımlaya-addımlaya böyüməlidir. Ki, hər zaman qürurlu olsun!

Hər zaman!

O Park indiki gəncliyin ən gözəl istirahət yeri olmalıdır, ən gözəl!

Tarix
2021.04.15 / 10:01
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla