Yuxarı

Bu, Mehriban Əliyevanın sayəsində mümkün oldu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Mehriban Əliyevanın sayəsində mümkün oldu - Foto

Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü”nə həsr olunmuş “Ənənələrimizi yaşadanlar” adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbiri Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bu günün əhəmiyyətindən danışıb, rəhbərlik etdiyi muzeyin tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, kolleksiyaları haqqında məlumat verib. O, muzeyin həyata keçirdiyi uğurlu layihələr, yerli və beynəlxalq əməkdaşlıq və gələcək planlarla bağlı fikirlərini bölüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edərək ölkəmizdə xalçaçılıq sənətinə göstərilən dövlət qayğısından, o cümlədən Heydər Əliyev Fondunun bu planda həyata keçirdiyi mühüm layihələrdən danışıb.

Azərbaycan xalçaçılığının haqq dünyasında olan nümayəndələrini rəhmətlə anan Q.Paşayeva yaşayan xalçaçıları 5 may – Xalçaçı Günü münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Azərbaycan xalçaçılıq sənətinin öz çiçəklənmə dövrünü yaşadığını vurğulayan Komitə sədri dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan qədim Azərbaycan xalçaları kimi çağdaş dövr xalçaçı-rəssamlarımızın toxuduğu xalçaların da sənət incisi olduğunu bildirib.

Azərbaycan xalçalarının, milli xalçaçılığın beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox önəmli xidmətlərini xatırladan Q.Paşayeva məhz onun təşəbbüsü və titanik səyləri ilə 11 il öncə Azərbaycan xalçaçılıq sənətinin UNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı”sına daxil edildiyini bildirib.

Tarix
2021.05.06 / 16:16
Müəllif
Kult.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla