Yuxarı

Kəramət Böyükçöl dispanserdə aclıq edir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəramət Böyükçöl dispanserdə aclıq edir

Maştağadakı Narkoloji Dispanserdə olduq. Məni, Kəramətin atası Qəşəm müəllimi və anası Tabəs xalanı baş direktor Orxan həkim qəbul etdi. Dispanserə yollanmazdan əvvəl Kəraməti ora aparan səlahiyyət sahibləri ilə danışıldı, israr edildi ki, görüş təmin edilsin. Şükürlər olsun ki, təmin olundu, Orxan həkim Kəraməti kabinetinə gətirtdi.

Kult.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.

“Kəraməti çox aciz, ruhsuz, kefsiz və çarəsiz gördüm. Aclıq aksiyasına başlamışdı. Təkid edirdi ki, onu dispanserdən çıxardım. Dərmanlar Kəraməti keyləşdirmişdi. “Rüfət, gedək Barışı görüm, dərhal da qayıdaq”, - deyə insanı yandırıb-yaxan, mənəvi əzab və iztirab verən, ruhən incidən, çox ağır təsir edən xahişlərdə bulundu. İmtina etdim, daha doğrusu, yalan danışdım: “Sabah razılıq verəcəklər, gəlib yanında qalacam”. Çünki qalmalı, mütləq qalmalı, zəruri müalicə kursu keçməlidir, yoxsa, iraq olsun, ölə bilər. İnsafən, oradakı şərait belədir: təmirli, gündə 3 dəfə yemək, başqalarına deyə bilmərəm, amma Kəramətə pulsuz dava-dərman, yüksək qayğı. Eyni zamanda, baş direktor inam ifadə etdi ki, 21 gün ərzində müalicə bitəcək, Kəramətin sağlamlığı üçün əllərindən gələni edəcəklər, çünki məsələ ən yüksək səviyyədə nəzarət altındadır.

Kəraməti birtəhər inandıra bildim ki, aclığı dayandırmalıdır. O, söz verdi ki, gedib çörək yeyəcək. Əminəm ki, Kəramət tam sağalacaq” ,– R.Səfərov qeyd edib.

Tarix
2021.10.13 / 00:50
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla