Yuxarı

“Sən bir şair olaraq buna məcbursan”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sən bir şair olaraq təbiətdən istifadə etməyə məcbursan.

Bu sözləri şair Musa Yaqub çağdaş ədəbiyyatımızda təbiət təsvirlərinin getdikcə sıradan çıxması ilə bağlı Axar.az-a danışarkən deyib:

"Səhhətim yaxşıdır. Hazırda Buynuz kəndindəyəm, istirahət edirəm. Bununla yanaşı, şeirlər də yazıram. Şeirlər hazır olandan sonra kitab halında çıxacaq, amma hələ tam hazırlamamışam. Kitabın sentyabr ayında çıxacağı gözlənilir. Yeni şeirlərdə də təbiətə müraciət var. Ümumiyyətlə, şeirin mövzusu müəllifin ilhamından asılıdır. Təbiətə o vaxt müraciət edirsən ki, sözünü onunla tamamlamaq istəyirsən. Müasir poeziyada belə bir fikir var ki, güldən-çiçəkdən yazmaq vaxtı keçib. Düz deyirlər, amma mən güldən-çiçəkdən yazmamışam, təbiətdən vasitə kimi istifadə etmişəm. Bəs sən əgər təbiətin adını çəkməyəcəksənsə, ona müraciət etməyəcəksənsə, ondan bədii vasitə kimi bəhrələnməyəcəksənsə, o, şeir ola bilməz axı. Sən bir şair olaraq təbiətdən istifadə etməyə məcbursan. Məsələn, "İnsanlar da ağaclar kimidir, çaylar kimidir, isti-soyuq kimidir, hava kimidir". Yeni, çap olunmamış şeirimin bir bəndi belədir:

Mən də yaranmışam, mən də bitmişəm,

Demirəm, yaşayıb kama yetmişəm.

Demirəm, dünyada həmişəliyəm,

Sevgidə bir topa bənövşəliyəm".

Tarix
2015.07.29 / 22:37
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla