Yuxarı

Floranın 60 il öncəki görüntüsü yayıldı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məni "həvəskar müğənni" kimi təqdim etməkdə haqlı idilər.

Bu sözləri xalq artisti Flora Kərimova 1958-ci ilə aid bir konsertdə "həvəskar müğənni" kimi təqdim edilməsindən danışarkən Axar.az-a deyib. Flora xanımın sözlərinə görə, həmin mahnını 13-14 yaşı olarkən oxuyub. Onun sözlərinə görə, tarix səhv göstərilib:

"Səhv yazıblar, mənim Rəşid Behbudovla eyni səhnəni bölüşüb, ərəb mahnısı ifa etdiyim il 1958-ci il deyildi, daha əvvəl idi. Orada mənə "həvəskar müğənni" deməkdə haqlıdırlar, təəccüb eləmək lazım deyil, çünki mən özfəaliyyətdən gəldim professional səhnəyə. 13 yaşımdan oxuyuram. Elə o ərəb mahnısını ifa edəndə də 13-14 yaşım vardı – səhnəyə təzə gəlmişdim. Dahi Rəşid Behbudov mənim haqqımda yüksək fikirlər söyləyəndə mən artıq püxtələşmiş bir müğənni idim. Şəxsən özümə deməmişdi. Məndən başqa hamıya, məsələn, rəhmətlik Rafiq Babayevə, ailə üzvlərinə, musiqiçilərinə sənətim haqda danışmışdı. Haqqımda deyilən xoş sözləri kənardan eşidirdim. Rəşid Behbudov deyirdi ki, Flora oxuyanda sanki adamın gözü qarşısında bir teatr tamaşası canlanır".

Qeyd edək ki, Yutub şəbəkəsinə yerləşdirilmiş videoda xalq artisti Flora Kərimova ərəb mahnısı oxuyur.

Rəşid Behbudovla Flora Kərimovanın eyni səhnəni bölüşdüyü həmin videonu təqdim edirik.

Tarix
2015.08.01 / 22:54
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla