Yuxarı

“Dədə Ələsgər” kitabı təqdim edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu” və “Nəfəs” ictimai birliklərinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə nəşr olunmuş “Dədə Ələsgər” kitabının təqdimatı olub.

Kult.az xəbər verir ki, “Azərkitab”da baş tutan tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva geniş çıxış edib.

O, bu il 200 illiyi keçirilən ustadlar ustadı Aşıq Ələsgərin uzun illərdir erməni işğalında qalan və dağıdılan məzarından da danışıb. Komitə sədri deyib ki, Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dönəmində ermənilər ciddi vandallıq əməlləri törətdiyi kimi, Göyçədə də Aşıq Ələsgərin məzarı ilə öz xislətləri üzrə davranıblar.

Ümummilli liderimiz Heydər Əliyevin “Yalnız yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək” sözlərini xatırladan Komitə sədri Aşıq Ələsgər yaradıcılığının məhz yüksək mədəniyyətin örnəyi olduğunu, həmişəyaşarlıq simvolu olduğunu deyib:

“Cənab Prezident fevral ayında Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında, bugünlərdə isə Bakıda heykəlinin ucaldılması ilə bağlı Sərəncam imzaladı. Bu, aşıq sənətinə, ümumən mədəniyyətə dövlətimizin, şəxsən dövlət başçımızın yüksək münasibətin ifadəsidir. UNESKO və İSESKO-nun xoşməramlı səfiri, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın səyləri ilə Azərbaycanın aşıq sənətinin UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini də burada minnətdarlıqla xatırlatmaq istərdim”.

Millət vəkilləri – “Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Aydın Hüseynov, Türkiyənin Azərbaycandakı böyükelçiliyinin müşaviri Hüseyn Altınalan, xalq şairi Vahid Əziz, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Xəyal Məmmədov, BDU Kitabxanaçılıq fakültəsinin dekanı, şair-publisist Ələmdar Cabbarlı, əməkdar mədəniyyət işçiləri – Musa Nəbioğlu, Nemət Qasımlı, aşıqlar – Gülarə Azaflı, Ramin Kamandar, RHİMİB sədri Arzu Bağırova, ev sahibi təşkilatın – “Azərkitab”ın rəhbəri Sabir Həsənov çıxış edib, ürək sözlərini bölüşüb.

Sonda “Dədə Ələsgər Ocağı”nın başçısı Xətai Ələsgər çıxış edərək, bir ildə Aşıq Ələsgər haqqında iki Sərəncam verən dövlət başçısı cənab İlham Əliyevə, aşıq sənətinin təbliği işinə yerli və beynəlxalq səviyyədə xüsusi dəstək göstərən Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edib. O, gözəl nəşr və təqdimat üçün zəhməti keçən hər kəsə, MM Mədəniyyət Komitəsinə təşəkkür edib, Komitə sədri Q.Paşayevaya Ocağın adından təşəkkür plaketi təqdim edib.

Qeyd edək ki, Aşıq Ələsgərin nəvəsi, mərhum filoloq alim İslam Ələsgərin vaxtı ilə topladığı əsərlər və təqdim yazısı əsasında CBS-də gün üzü görən nəfis tərtibatlı “Dədə Ələsgər” kitabının layihə rəhbəri (və önsöz müəllifi) Qənirə Paşayeva, nəşrə məsul Arzu Bağırovadır. Kitabın məsləhətçisi MM sədrinin 1-ci müavini Əli Hüseynli, redaktoru Araz Yaquboğlu, rəyçiləri Əziz Ələkbərli, Xətai Ələsgər və Əkbər Qoşalıdır.

Kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına hədiyyə olunacaq.

Tarix
2021.12.06 / 23:31
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla