Yuxarı

Osmanın qanı tökülən Quran Daşkəndə necə gedib?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Osmanın qanı tökülən Quran Daşkəndə necə gedib?

Litva hökumətinin qərarı ilə 2021-ci ildə ölkədə “Litva tatarları” ili qeyd olunur.

Kult.az xəbər verir ki, bununla bağlı professor, sabiq səfir Vilayət Quliyev maraqlı bir hadisəni bölüşüb.

O bildirib ki, çarizmin süqutuna qədər Peterburq Ümumi Kitabxanasında saxlanan nadir islam abidəsinin - “Osmanın Quranı”nın (rəvayətə görə Quranın kanonik mətninin tərtibçisi, üçüncü islam xəlifəsi Osman ibn Əffan 656-cı ildə bu əlyazmanın mütaliəsi zamanı sui-qəsdçilər tərəfindən öldürülmüş və qanı perqamentin səhifələrinə çilənmişdi) həqiqi sahiblərinə - müsəlmanlara qaytarılmasında Litva (Polşa) tatarlarının müstəsna xidməti olmuşdu:

“Osmanın Quranı” qəribə tale yaşamışdı. Əmir Teymurun qənimət kimi Bəsrədə ələ keçirib Səmərqəndə gətirdiyi müqəddəs kitab yüzilliklər boyu yerli mədrəsələrin birində saxlanmışdı. Çar Rusiyası Mərkəzi Asiyanı işğal edəndə Səmərqənd ruhaniləri 100 rus manatı müqabilində əlyazmanı Rusiya idarəçilərinə satmışdılar, yaxud satmağa məcbur edilmişdilər. Türküstan general-qubernatoru Konstantin fon Kaufman nadir əlyazmanı Peterburqa, İmperator kitabxanasına göndərmişdi. Çarzmin süqutundan sonra Rusiya Müsəlmanları Şurasının təkidli xahişlərinə rəğmən tarixi relikviya həqiqi sahiblərinə qaytarılmamışdı.

Belə olduqda Polşa (Litva) tatarı, kapitan Aleksandr (İsgəndər) Talkovskinin komandası altındakı müsəlman alayı 1917-ci il dekabrın 14-də kitabxana binasını mühasirəyə almış və tələblər ultimatum şəklində irəli sürülmüşdü. Yalnız bundan sonra, dekabrın 19-da Leninin imzaladığı xüsusi dekretlə “Osmanın Quranı” müsəlmanlara qaytarılmışdı.

1918-ci ilin fevralında admiral İshaq İslamov, knyaz Maksudov, Konstantin və Aleksandr Əhmədoviç qardaşlarından ibarət heyət Kazan və Polşa (Litva) tatarlarından təşkil olunmuş qvardiya alayının mühafizəsi altında kitabı Ufaya aparmışdı.

1923-cü ildə Türküstan diyarı – Daşkənd və Cizak üləmasının xahişi ilə sovet hökuməti dini abidənin Səmərqəndə qaytarılmasına qərar vermişdi. Xüsusi vaqonda Özbəkistana gətirilən əlyazma burada bir neçə dəfə yer dəyişmişdi.

Hazırda Daşkəndin Muyi-Mübarək mədrəsəsində saxlanır. 1997-ci ildə UNESKO “Osmanın Quranı”nı “Dünyanın yaddaşı” reyestrinə daxil edib.

Kitabın qəribə taleyi haqda polyak tarixçisi Pyotr Boravskinin “Tatarlar qədim Reç Pospolitada” əsərində məlumat verilib”.

Tarix
2021.12.14 / 08:30
Müəllif
Kult.az
Digər xəbərlər

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

Metropoliten rəisi vəzifəsinin məsuliyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla