Yuxarı

Elmar Qasımov vəfat edən müəllimdən yazdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Qasımov vəfat edən müəllimdən yazdı

Fədakar müəllimimiz Elxan Əhmədovun rəhmətə getməsindən 40 gün keçdi. “Ölüm haqqdır” deyiblər. Biz Elxan müəllimi 56 yaşında itirdik. Elxan müəllim əsl ziyalı, nümunəvi müəllim, böyük şəxsiyyət və vətənpərvər insan idi. Bizdə müəllim olmamışdan əvvəl SOCAR, BP, Qətər Neft Şirkətlərində mühəndis olaraq çalışmışdı. Səhhəti ilə bağlı ağır işlərdə işləməmək tövsiyə olunub. Mən onu Ali Məktəbimizin Neft-qaz mühəndisliyi kafedrasına müəllimliyə dəvət edəndə sevə-sevə bu vəzifəni qəbul etdi.

Kult.az xəbər verir ki, bu sözləri Bakı Ali Məktəbinin (BANM) rektoru Elmar Qasımov dünyasını dəyişən müəllim Elxan Əhmədov haqda qeyd edib.

Rektor bildirib ki, E.Əhmədov bütün tələbələrin sevimlisi idi: “Gənc insan olsa da, yaşından çox yaşlı görsənirdi. Vaxtından əvvəl ağsaqqal olmuşdu. Amansız koronavirus xəstəliyi ilə mübarizə aparırdı ömrünün son günlərində. Lakin Elxan müəllim hamımızı təsirləndirən, eyni zamanda bu gün də bizi düşündürən addımları ilə ƏSL MÜƏLLİM obrazını yaratdı xatirələrimizdə.

Dərs dediyi 5-ci kurs tələbələrinə bir-bir zəng edib sonuncu tapşırıqlarını verdi. Qiymətli tövsiyələrini çatdırdı. Ölümünə 2 gün qalmış isə kafedra müdirinə zəng edərək, "bu dünya etibarsızdı" deyib, öz yerinə yaxşı bir müəllim tapdığını, onunla danışdığını, razılaşdığını və onun koordinatlarını verərək, sonuncu missiyasını ləyaqət və şərəflə yerinə yetirmiş oldu.

Sonuncu sözü isə "dərsim boş qalmasın" demişdi. Azərbaycanda belə müəllimlərimiz kifayət qədərdir. Ancaq yazmırıq onlardan. Tanıtmırıq onları, sevmirik belə yazıları. Maraqlı deyil bizə belə hadisələr. Beləcə insani hisslərimizi yavaş-yavaş itirik. Özümüz hiss etmədən itiririk insani kefiyyətlərimizi.

Əziz dostlarım, yaxşı insanlardan, fədakar şəxsiyyətlərdən daha çox yazaq, tanıyaq onları. Nümunə götürək onlardan. Elxan müəllim, sizə isə Allah rəhmət eləsin. Məkanın cənnət olsun”.

Tarix
2022.01.23 / 12:45
Müəllif
Kult.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla