Yuxarı

Şarl Aznavur: “Türklərin ən böyük sənətçisi olardım”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsilli məşhur fransız müğənni Şarl Aznavur Fransada çap olunan "Nouvelles Armenie" adlı erməni jurnalına müsahibə verərək Türkiyə və türk xalqı ilə bağlı sualları cavablandırıb.

Axar.az xəbər verir ki, Ermənistan və Türkiyə arasında düşmənçilik münasibətləri olmasaydı, türklərin dünyada ən böyük sənətçisi ola biləcəyi ehtimalını bildirən sənətçi ən yaxın dostunun da türk olduğunu və türkləri çox sevdiyini söyləyib:

"Bu yaxınlarda bir nəfər mənə "Əgər heç bir şey yaşanmasaydı, türklərin dünyada ən böyük sənətçisi siz olardınız", - dedi. Bunu demək lazımdır. Bəli, bu həqiqətdir".

Türk və ermənilərin bir-birinə çox bənzədiyini və bənzəməyə davam edəcəyini deyən Aznavur yunan əsilli fransız müğənni və aparıcı Nikos Aliaqasla arasında keçən dialoqu xatırladıb: "Bu yaxınlarda Aliaqasla birlikdəydim, ermənicə və yunanca söyüşlər haqqında danışırdıq, amma həqiqətdə söyüşlərin hamısı türkcə idi. Bu da bizi güldürdü".

Erməni mətbəxinin türk mətbəxinə çox oxşadığını söyləyən Aznavur türk musiqisini də çox sevdiyini bildirib.

Tarix
2015.09.04 / 11:06
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü başladı

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

Sülhməramlıların son partiyası Qarabağı tərk edir - Video

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov

Ərdoğan bu gün Əsədovu qəbul edəcək

Bunu Əliyevə dedim, çox maraqla yanaşdı – Fitso

Sərhəd hansı xəritələrlə çəkilir? - Paşinyana cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla