Yuxarı

Bu gün rejissor Tofiq Kazımovun doğum günüdür

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün rejissor Tofiq Kazımovun doğum günüdür

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır.

Tofiq Kazımov 1923-cü il yanvarın 14-də şair Səməd Mənsurun ailəsində doğulub. Səməd Mənsur o dövrdə Bakının bir sıra mədəni-maarif cəmiyyətlərinin, teatr truppalarının rəhbərlərindən olub.

Rejissor uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib. Şekspirin "Antoni və Kleopatra", "Hamlet", "Fırtına", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Bağlardan gələn səs", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Şıxəli Qurbanovun "Sənsiz" əsərlərinə və başqa tamaşalara quruluş verib.

Tofiq Kazımov 1980-ci ildə Bakıda vəfat edib, məzarı İkinci Fəxri Xiyabandadır.

Tarix
2014.01.14 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla