Yuxarı

Goranboyda eradan əvvələ aid insan skeletləri aşkarlandı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboyda eradan əvvələ aid insan skeletləri aşkarlandı - Foto

Goranboyda aparılan arxeloji qazıntılar zamanı müxtəlif rəngli muncuqlar, saxsı qablar, fərqli formalı insan skeletləri tapılıb.

Kult.az xəbər verir ki, eradan əvvəl IX-VIII əsrlərə, təxminən 2900-2800-il əvvələ təsadüf edən nekropol rayonun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpədə aşkarlanıb.

AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının qazıntılar apardığı ərazi 1 ha-dan artıqdır. Son tunc və erkən dəmir dövrünə aid olan nekropolda bu günə qədər 19 qəbirdə arxeoloji qazıntı işləri aparılıb. Düzbucaqlı və oval formalarda hazırlanmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə dəfn edilib. Burada qəbirlərin sıx olması daha çox diqqət çəkir.

AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının rəisi Müzəffər Hüseynov bildirib ki, Tatarlı kəndi ərazisində yerləşən nekrapol Xocalı-Gədəbəy mədəniyyətinin son dövrü, erkən dəmir dövrünə aiddir. Antropoloqlar bu nekropolun digərlərindən fərqləndiyini, qəbirlərin standart olmadığını bildirirlər.

Qeyd edək ki, Goranboy rayonu ərazisində yerləşən Muncuqlutəpə nekropolunda qazıntı işləri davam etdirilir. Oradan aşkar edilən maddi-mədəniyyət nümünələri laborator şəritdə tədqiq olunacaq və müəyyən nümünələr xarici ölkələrə göndəriləcək.

Tarix
2022.05.28 / 21:36
Müəllif
Kult.az
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla