Yuxarı

Mehdixanlıdan Bəsti Cəfərovaya: “Ayıb olsun!”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdixanlıdan Bəsti Cəfərovaya: “Ayıb olsun!”

Bəsti Cəfərova bu vaxta qədər mənim onun haqqında dediklərimi və ona münasibətimi təhlil etsə, yəqin ki, bu dediklərinə görə peşman olar.

Bu sözləri Bəsti Cəfərovanın barəsində səsləndirdiyi ağır ittihamlara cavab olaraq Axar.az-a açıqlamasında Nurəddin Mehdixanlı deyib. O, həmkarına cavab vermək niyyətində olmadığını bildirib:

"Bəsti Cəfərova bu vaxta kimi mənim onun haqda dediyim fikirləri, verdiyim açıqlamaları incələsə, verdiyi müsahibəni özü belə qəbul etməz. Mən səsləndirdiyi ittihamlara görə Bəsti Cəfərovaya media vasitəsilə cavab vermək istəmirəm. Çünki o, cavanlıqdan mənim tərəf-müqabilim olub. Biz dəfələrlə həm teletamaşalarda birgə oynamışıq, həm də teatrda eyni səhnəni bölüşmüşük. Mən bunları adlayıb onun haqda nəsə deyə bilmərəm. Çünki mən Nurəddin Mehdixanlıyam!"

Nurəddin Mehdixanlı Bəsti Cəfərovanın adını Azdrama rəhbərindən narazılar sırasında çəkməsinə də aydınlıq gətirib:

"Bəsti Cəfərovanın adını İsrafilovdan narazı olan aktyorlar sırasında çəkməmişəm. Sadəcə, Azdramanın əsas heyəti soruşulanda, onun adını da hallandırmışam. O ki qaldı Bəsti xanımın narazılığına... Doğrudan da Bəsti Cəfərovanın narazılığı var idi. O vaxt İsrafil İsrafilov orta yaşlı aktrisaların gənc rolları oynamaq istəməsinə qarşı çıxarkən Bəsti Cəfərova narazılıq eləmişdi. Daha sonra isə onun üçün bu qadağa götürüldü və münasibətləri də qaydasına düşdü".

Xalq artisti mərhum sənət dostu İlham Əsgərovun ölümündən spekulyasiya etməsi barədə B.Cəfərovanın səsləndirdiyi ittihamı isə "ayıb" adlandırıb:

"Bu sözlərinə görə ona ayıb olsun! O, bu sözləri necə deyə bilər axı? Mən harda demişəm ki, Bəsti Cəfərova İlham Əsgərov ölən gün qırmızı paltar geyinib? Əgər ümumilikdə dediyim bu sözləri öz ünvanına qəbul edibsə, bu, artıq mənim işim deyil – görünür, bu sözləri öz ünvanına götürməsinin bir səbəbi var ki, mən bilmirəm".

Nurəddin Mehdixanlı Bəsti Cəfərovanın bu müsahibəsinin əslində kampaniya olduğu və strateji olaraq seçildiyini bildirib:

"Mən heç vaxt heç kimə qarşı kampaniya aparmamışam və hər hansı kampaniyalarda da yoxam. Bəsti Cəfərovanın son çıxışı bizə qarşı qurulmuş bir strategiyadır. Bununla İsrafil İsrafilovu hədəfdən yayındırmaq istəyirlər. Azdramanın tanınmış aktyorlarının bir-birinə qarşı ittihamlarını gündəmə gətirməklə diqqəti İsrafilovun üzərindən çəkməyə cəhd edirlər.

Mən kampaniya aparmıram, həqiqəti deyirəm - teatrımız, mədəniyyətimiz naminə. Əksinə, onlar bu həqiqətləri pərdə arxasında gizlətmək üçün bu cür kampaniya başladıblar".

Qeyd edək ki, xalq artisti Bəsti Cəfərova Lent.az-a müsahibəsində Nurəddin Mehdixanlının Azdramada çirkin kampaniya apardığını iddia edib və həmkarı barəsində zəif ifaçılıq, rolları primitiv oynamaq da daxil olmaqla, çoxsaylı ağır ittihamlar səsləndirib.

Tarix
2015.09.16 / 15:29
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Zəngəzur dəhlizi açılsa, Gürcüstan itirəcək

Trampın ağır məğlubiyyəti: iki ştatı, bir şəhəri itirdi

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla