Yuxarı

Şad xəbər: NK əlləşməyə, deputat malalamağa başladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şad xəbər: NK əlləşməyə, deputat malalamağa başladı

Elman Məmmədov da bu gün açıqlama verib ki, Nazirlər Kabineti sərhədlərin açılması istiqamətində çalışırmış...

Artıq neçənci millət vəkilidir ki, Nazirlər Kabinetinin quru sərhədlərinin açılması barədə qərar verməməsinə don geyindirməyə çalışır: guya hesablamalar aparırlar, bu məsələ təkcə bizim ölkənin işi deyilmiş, sərhədi açdığımız ölkənin də “razılığı” lazımmış...

Hörmətli millət vəkilləri yəqin bilməmiş deyillər ki, Azərbaycanın sərhədləri ilə bağlı qərarı Azərbaycan özü verir, kimsə ilə məsləhətləşmir: bağlayanda necə məsləhətləşməmişdiksə, açanda da kiminsə tövsiyəsini almağa borclu deyilik.

İkincisi, Azərbaycanın quru sərhədini açmayan qonşusu qalmayıb: Sanksiyalar tətbiq edilən və cavab olaraq qadağalar qoymağa məcbur olan Rusiya belə qapılarını açmaqdadır: elə ötən gün Mişustin Minskdə Paşinyanı sevindirdi – Ermənistanla bağlı bütün qadağaların götürüldüyünü elan etdi.

Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan sərhədlərini açıb: hansında yoluxma artıb, hansı çarəsiz qalıb? Qonşularımızdan hansında vəziyyət kritikdir ki, quru sərhədini açsaq, koronavirus ölkəyə axıb dolacaq?

Yəni bir AZAL-a görə, AZAL biletləri fantastik qiymətə satsın deyə, ölkə iqtisadiyyatını, ölkəyə mümkün gəlirləri bu qədər bloklayarlarmı?

Azərbaycan xalqının xarakteridir: harada yaşasa da, yay məzuniyyətini öz torpağında keçirməyə üstünlük verir – Bakıda yaşayanlar belə məzuniyyətə öz kəndinə gedir.

Sosial şəbəkədə oxuyuruq ki, əksəriyyət təyyarə biletlərinin baha olmasına görə ölkəmizə gələ bilmir; bir çoxu bu qədər bahalı təyyarə biletindənsə, bu yayı Türkiyədə istirahətə getdiklərini açıqlayırlar. Çünki onlar AZAL-ın yalnız biletinə verdikləri pula Türkiyəyə təyyarə bileti, qarşılanma, yemək də daxil, 7 gecə-8 günlük dördulduz oteldə dincəlmək imkanı qazanırlar.

Dərs ili bitib, minlərlə tələbə qonşu ölkələrdən Azərbaycana qayıtmaq, yayı burada keçirmək istəyir – quru yolunun açılmasını gözləyir. Çünki indiki qiymətlərlə Bakıya gəlib-getməyə verdiyi pula, məsələn, Türkiyədə 4 ay keflə yaşaya bilər...

Hələ onu demirəm ki, Qazaxda yaşayan Əli Borçalıdakı Vəli əmisi oğlunun toyuna getmək üçün 450 km bəri gəlməli, Bakıda təyyarəyə minməli, təzədən 500 km o başa uçmalıdır...

Millət vəkilləri Nazirlər Kabinetinin qərarının niyə gecikdiyini və yaxud buna kimlərin, hansı məqsədlə mane olduğunu bilmir və yaxud deməyə cəsarət etmirlərsə, heç olmasa, malalamasınlar: ayıbdır, “sərhədləri açmaq tək bizdən asılı deyil” nə deməkdir? Xəcalət çəkmirsiniz?

Tarix
2022.06.21 / 11:18
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

Prezident bu kilsənin nümayəndə heyətini qəbul etdi

İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?

Kriptovalyuta bazarına kapital axınları azaldı

Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video

Bu şəxslər hərbi xidmətdən azaddır!

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...

Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla