Yuxarı

Ordumuzu və əsgərimizi rəsmi qaydada şərlədilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Hərbi Prokurorluq bir müddət öncə avtoşluq etdiyi üçün polisin saxladığı və işini hərbi məhkəməyə göndərdiyi Əziz Məlikovu 4 ay müddətə həbs edib.

Cinayət işi 25 mayda açılmışdı, yəni Əziz Məlikovun avtoşluq etdiyi vaxtda - CM-in 333.2-ci (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və ya üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməmə) maddəsi ilə. Bir aya yaxın araşdırmalardan sonra müstəntiqlər bu qərara gəliblər ki, gəncin əməlində CM-in 335.2-ci (Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırma) və digər maddələrində nəzərdə tutulan əməlləri törətməsinə də “əsaslı şübhələr” var və buna görə onun barəsində həbs qərarının çıxarılmasına nail olublar.

Əslində o gənc avtoşluq edib, polisin diqqətini üzərinə çəkməsə və protokol yazılmasaydı, heç nə baş verməyəcəkdi. Çox nadir hallarda rastlansa da, bəzən məzuniyyətə gələn əsgərin 3-5 gün artıq ailədə qalmasına hərbi hissə komandirləri şərait yaradırlar: əsgər də geri qayıdanda bir “xəstəlik arayışı” düz-qoş edir, məsələ də bitib gedir.

Sovet ordusunda da belə nadir istisnalar olurdu, Azərbaycan Ordusunda da dinc dövrdə, heç bir gərginlik olmayanda bu cür güzəştlər olur. Doğru hal deyil, aradan qaldırılmalıdır, əsgər məzuniyyətinin bitmə saatında xidmət yerində olmalıdır – bu, tamamilə ayrı mövzudur. Ancaq hər hansı əsgər məzuniyyətə gəlib, 3-5 gün artıq qalırsa və buna görə “xəstəlik arayışı” düzəltməklə qanunsuzluğa yol verirsə, onu fərari çıxarmaq kimə lazımdır?

Azərbaycan Ordusu hazırda dünyaya nümunədir, Qalibdir! Ermənistanda 44 günlük İkinci Qarabağ savaşında 11 min əsgər fərarilik etmişdi, hazırda düşmən ölkədə 11 min fakt üzrə 12 min (!) cinayət işi işi hələ də davam edir. Azərbaycanda isə 44 gündə bircə fərari də olmadı, əksinə, onminlərlə gənc hərbi komissarlıqların qapısını sındırırdı cəbhəyə getmək üçün.

Biz Ordumuzu bu qədər sevirik, ordumuzla, Əsgərimizlə qürur duyuruq!

Bu cür qüdrətli Ordumuzda səhlənkarlıq, məsuliyyətsizlik, bir az da imkanlarından sui-istifadə edən gənc bir uşağı fərari çıxarmaq və Ordumuz haqda yanlış rəy yaratmaq qəti şəkildə doğru hərəkət sayıla bilməz.

Əlbəttə ki, gənc ciddi səhv edib və cəzasını çəkməlidir: orduda cəza növləri, islah vasitələri bitib-tükənməzdir – qaumvaxt, ardıcıl növbətçilik, nə bilim, ən çətin şəraitdəki mövqeyə göndərilmə, vaxtında tərxis olunmama, gecikdirilmə... Bunların istənilən birini haqq edir o gənc – ancaq fərariliyi deyil! Bizim əsgərimiz fərari olmaz, ola bilməz – Ordumuzu şərləməyin!

Bu qədər sərt qərarlara meyilliyiksə, onda PA-nın gözümüzün qabağında motosikletçini döyən əməkdaşı haqda nədən ciddi qərar verilmədi? Sultan Dadaşova nə cinayət işi açıldı, nə də işdən qovuldu.

Əstafurullah, elə düşünülməsin ki, kiminsə səhvinə görə ən sərt cəza verilməsinin tərəfdarıyıq. Sultan Dadaşov insidentdən dərhal sonra verdiyi açıqlaması ilə əxlaqlı adam olduğunu göstərdi, “səhv etdim, nə cəza versələr, haqq etmişəm” deməklə sübut etdi ki, harınlamayıb, sadəcə, özünə nəzarəti itirib.

Lap yaxşı – motosikletçi də onu bağışladı, hüquq mühafizə orqanları da.

İndisə bu suala aydınlıq gətirək: motosikletçini maşınla vurub, sonra da düşüb-gəlib şillələyən 60 yaşlı ağsaqqalı bağışlaya bilirsiniz, ancaq 20 yaşında gənc, həyatı dərk etməyən bir uşağın avtoşluğunu bu qədər sərt şəkildə cəzalandırırsınız?

Bağışlanmağa da, daha yüngül cəza ilə islaha da gənclər haqq edir, 60 yaşlılar deyil: o uşağı verərdiniz Ordumuzun sərəncamına, komandiri öz üslubunca, Ordu qaydaları ilə yaxşıca cəzalandırıb, tərbiyə edərdi, bu hadisə də ona və ətrafına bir görk olardı.

Guya o gənc həbsxanada tərbiyə olunacaq? Əksinə, daha da kriminallaşacaq!

Bir gəncin həyatını bu qədər laqeydcəsinə məhv etmək doğru seçim deyil. Sanki bu da “Tərtər işi”, “vətən xainliyi” şübhəsidir – qılıncı çəkib, kəsirlər.

“Dövlət baba” anlayışı elə-belə yaranmayıb: Baba - yeri gələndə əfv edər, tərbiyələndirər, yetişdirər.

Yoxsa bir səhvə görə gənci fərari çıxardıb, Ordumuzun da üstünə “fərarisi varmış” şübhəsi atmaqla “babalıq” olmur.

Tarix
2022.06.23 / 12:50
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla