Yuxarı

Şərqin ilk qubalı qadın pilotu Məmmədbəyova

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərqin ilk qubalı qadın pilotu Məmmədbəyova

Bu gün Azərbaycanın ilk qadın pilotu Leyla Məmmədbəyovanın anım günüdür.

Kult.az təyyarəçi haqda maraqlı məlumatları təqdim edir.

- Əslən Qubadan olan Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub.

- Bakı aeroklubunda təhsil alan L.Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə həyata keçirib.

- O, tək Azərbaycanda yox, Qafqazda, bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi hesab olunur.

- 1933-cü il martın 17-də təlimçi-pilot kimi fəaliyyət göstərən L.Məmmədbəyova SSRİ Osoaviaxim Mərkəzi uçuş-texniki məktəbində məşq zamanı "U-2" təyyarəsindən "PT-1" paraşütlə tullanan Sovet İttifaqında ikinci, Azərbaycanda isə ilk qadındır.

- Mayor L.Məmmədbəyovaya yetkinlik yaşına çatmayan dörd uşağına görə İkinci Dünya müharibəsində iştirak etməyə icazə verilmir.

- Müharibədə iştirak etməsə də, 4000 paraşütçü-desant hazırlayaraq qələbəyə böyük töhfə verib.

- 1989-cu ilin iyulunda vəfat edən L.Məmmədbəyova II Fəxri Xiyabanda dəfn edilib.

Tarix
2022.07.04 / 23:57
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla