Yuxarı

Milli Kino Günü təltiflər olacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Kino Günü təltiflər olacaq

Azərbaycan Kinematoqrafçılar Birliyinin 2022-ci il üzrə tədbirlər planı hazırlanır. İlin axırına qədər müəyyən tədbirlərimiz olacaq. Bundan başqa, avqustun 2-də Milli Kino Günü keçiriləcək. İstəyirik ki, həmin günlə bağlı bir sıra tədbirlər gerçəkləşdirək. Hələlik tədbirlərin siiyahısını konkretləşdirməmişik. Həmin günlə bağlı bir sıra kino xadimlərinin təltif edilməsi ilə bağlı siyahı hazırlayıb aidiyyəti üzrə təqdim etməyi düşünürük. Siyahıda kimlərin adının olacağını deyə bilmərəm. Çünki bu məsələni təkbaşına həll eləmirəm.

Kult.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında xalq artisti, Azərbaycan Kinematoqraçılar Birliyinin sədri Rasim Balayev deyib.

Rasim Balayev bildirib ki, bununla bağlı Birliyin katibliyi toplaşacaq və layiqli adamların adları siyahıya salınacaq:

“Ona görə adları açıqlamaq istəmirəm ki, adları biz yazsaq da, kimlərə fəxri adların verilib-verilməməsi bizlik deyil. Siyahıda neçə adamın adının olacağı da hələlik dəqiqləşməyib. Amma siyahını bu yaxınlarda təqdim edəcəyik. Yubileylər də keçirilə bilər. Yubileyləri əvvəlki kimi təntənəli keçirmirik. Amma kimlərinsə yubileyləri olacaqsa, biz onları ayrı-ayrılıqda, kiçik çərçivədə də olsa, təşkil etməyə çalışacağıq. Kimin yaşı yuvarlaqdırsa, onların yubileylərini keçirməyi düşünürük”.

Tarix
2022.07.07 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla