Yuxarı

AYB-dən Ankaradakı terrorla bağlı - Bəyanat

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyi oktyabrın 10-da Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş dəhşətli terrorla bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, Türkiyəni yasa boğan terror haqda yayımlanmış bəyanatda deyilir:

"Oktyabr ayının 10-da Türkiyənin paytaxtı Ankara şəhərində ağır terror hadisəsi baş verib. Dinc aksiya zamanı törədilmiş partlayışlar nəticəsində 100 nəfərə qədər insan həyatını itirib, 200 nəfərdən çox insan yaralanıb.

Azərbaycan Yazıçılar Birliyi qanlı terror aktından son dərəcə hiddətləndiyini bildirir, bu ağır gündə bütün Azərbaycan xalqının, o cümlədən, Azərbaycanın ziyalılarının, söz və qələm adamlarının qardaş Türkiyə xalqının yanında olduğunu bəyan edir, Türkiyə xalqının ağır kədərini bölüşür, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir".

Xatırladaq ki, oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında terakt baş verib.

Tarix
2015.10.13 / 12:54
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla