Yuxarı

Ölkədə kitabxanalara işə qəbul qaydaları açıqlandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə kitabxanalara işə qəbul qaydaları açıqlandı

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalara işə qəbul imtahanla olacaq.

Kult.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov VIII Bakı Beynəlxalq Kitab Sərgi çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2021-2022-ci il kitabxanaçılıq və informasiya ixtisası üzrə məzunları ilə görüşündə məlumat verib.

Onun sözlərinə görə, prioritet məsələlərdən biri kitabxana-informasiya sahəsini gənc və ixtisaslı kadrlarla təmin etməkdir: “Hazırda nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan işçilərin 20 faizi ixtisaslı kadrlardır. Bu sahənin inkişafı üçün ən başlıca meyarlardan biri məhz peşəkar mütəxəssislərin cəlb olunmasıdır. Bu istiqamətdə həm şəffaflığı təmin etmək üçün, həm də müvafiq sahə üzrə əmək bazarında rəqabətin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində olan kitabxanalarda işəgötürmə prosesi artıq test və müsahibə mərhələsindən ibarət olmaqla imtahanla həyata keçiriləcək. Artıq imtahan prosesini tənzimləyən qaydalar da təsdiq olunub".

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, bu il BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 4 nəfər məzunu elm ocağında işlə təmin olunub.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli deyib ki, hər iki universitet üzrə 178 nəfər 2021-2022 tədris ilinin məzunları arasından 20 nəfər işlə təmin olunmaq üçün seçilib. Seçilən gənclərin hər biri ilə fərdi qaydada müsahibə aparılıb.

Tarix
2022.10.05 / 20:22
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla