Yuxarı

Özbək professorlar Sumqayıtda Poeziya Evində

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dəvəti ilə Azərbaycanda qonaq olan Özbəkistandan gələn professor və müəllim heyəti həm də Sumqayıt şəhərində Əli Kərim adına Poeziya Evində şəhərin ədəbi cameəsinin üzvləri ilə görüş keçiriblər.

Kult.az xəbər verir ki, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı qonaqları salamlayaraq, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin qədim köklərindən, ortaq dilimizdən və bu dili və dostluğu zaman-zaman qoruyan Özbəkistanın və Azərbaycanın ədəbiyyat xadimlərinin bu yolda göstərdiyi xidmətlərdən danışıb.

Tanınmış şairə, “Şöhrət” ordenli Ofelya Babayeva öz çıxışında bu gün türkdilli ölkələrin ədəbiyyat, incəsənət xadimlərinin və siyasi liderlərinin görüşməsinin əhəmiyyətini qeyd edərək, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana sonuncu rəsmi səfəri zaman Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə tərcüməçi olmadan danışmağı təklif etdisə, bu artıq Türk Dövləti Təşkilatının yaxın zamanlarda öz istək və arzularını yerinə yetirəcəyinə verilmiş ciddi mesajdır: "Biz də öz ədəbi əlaqələrimizlə böyük ədiblərimiz kimi töhfələr verməliyik".

Özbəkistanın böyük klassik şairi Əlişir Nəvainin irsini araşdıran AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova bildirib ki, iki qardaş dövlət başçısının görüşündən sonra o da bir alim kimi Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb. Türkdilli xalqların ədəbiyyatı, ədəbi əlaqələri, ədəbi təsiri və türkdilli xalqların ədəbi əsərlərinin uyğun dilə çevrilməsi hər zaman rəhbərlik etdiyi şöbədə gözəl nəticələr verib. Bu gün yetişən gənc alimlər türkdilli ədəbiyyatların araşdırılmasına böyük maraq göstərirlər. Özbəkistandan gələn professor və müəllim heyəti də Azərbaycanın elm mərkəzləri ilə hər zaman birgə işləyib.

Özbəkistandan konfransa gələn professor və müəllim heyətinin rəhbəri Mikumi adına Kokand Dövlət Universitetinin Pedaqoji İnstitutunun Filologiya kafedrasının müdiri Ziba Qabilova Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinin yeni müstəvidə bərpasının iki ölkənin elm mərkəzlərində türk dünyasında görüləcək böyük axtarışlardan və tapıntılardan xəbər verdiyini bildirib:

"Bizim ədəbiyyatlarımız, ədəbi irsimiz o qədər zəngindir ki, burada yazılan hər fikir türk dünyasının birləşməyi üçün çox mühümdür. İnanırıq ki, bundan sonra da elmi araşdırmalarımıza cəlb etdiyimiz gənc alimlər də bu sahədə yeni töhfələrini verəcəklər".

Görüşdə iştirak edən Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Nurbay Cabbar Azərbaycanla Özbəkistanı birləşdirən Nizami Gəncəvi və Əlişir Nəvai irsindən danışıb, eləcə də Əlişir Nəvainin Nizami Gəncəvini özünə ustad bildiyini, Əlişir Nəvainin türk dilində yazıb qoyduğu ədəbi irsi ilə dilimizin necə böyük və mənalı olduğunu göstərdiyini diqqətə çatdırıb. Daha sonra isə Azərbaycan haqqında yazdığı şerini oxuyub, çıxışının sonunda deyib ki, əgər dünyada Azərbaycan adlı diyar olmasaydı, dünya öz gözəl mənzərəsini itirərdi.

Əli Kərim adına Poeziya Evindəki görüşdə özbəkistanlı qonaqlar professor Dilşad Qayıbov, Gülsənəm Norova, gənc tədqiqatçı Urqenc Dövlət Universitetinin müəllimi Moyibə Atamuradova, tənqidçi şair, gənc tədqiqatçı Ölməzbəy Xocayev də öz şerlərini oxumaqla Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfərindən danışıblar. Özbək dilindən Azərbaycan dilinə ədəbi nümunələr və şerləri tərcümə edən Süleyman Hüseynov, Şahməmməd Dağlaroğlu da tərcümə etdikləri ədəbi əsərlərdən bəhs ediblər.

Görüşün sonunda qonaqlara poeziya evinin təsis etdiyi “Sumayıtın Fəxri Qonağı” sertifikatı hədiyyə olunub.

Görüş başa çatandan sonra Özbəkistandan gəlmiş nümayəndə heyəti Sumqayıt şəhəri ilə tanış olublar və Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dua ediblər.

Tarix
2022.11.19 / 18:05
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla