Yuxarı

Qalmaqallı festivalda namizədlər bəlli oldu – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqallı festivalda namizədlər bəlli oldu – Foto

29 noyabr – 6 dekabr tarixləri arası Türkiyənin Antalya şəhərində təşkil ediləcək 52-ci Antalya Beynəlxalq Film Festivalının "beynəlxalq müsabiqə" bölməsində mübarizə aparacaq 10 filmin adı bəlli olub.

Axar.az xəbər verir ki, "beynəlxalq müsabiqə" bölməsində mübarizə aparacaq Hindistan, İsveçrə, Fələstin, Danimarka istehsalı filmlərlə yanaşı iki yerli film də var.

Dünyanın nüfuzlu festivallarında mükafatlar sahibi filmlərin Türkiyə premyerasını həyata keçirəcəyi hissədə Türkiyəni "Rüzgarın xatirələri" və "Kalandar soyuğu" filmləri təmsil edəcək.

52-ci Antalya Beynəlxalq Film Festivalının "beynəlxalq müsabiqə" bölməsində yarışacaq filmlərinin siyahısını təqdim edirik:

  1. "Bridgend" (Rejissor: Cep Rond, Danimarka)
  2. "Mühasirəyə alınmış" – "Enclave" (Rejissor: Qoran Radovanoviç, Serbiya və Almaniya)
  3. "İtkin qızlar" – "Girls lost" (Rejissor: Aleksandro, İsveç)
  4. "Kalandar soyuğu" (Rejissor: Mustafa Qara, Türkiyə və Macarıstan)
  5. "Masaan" (Rejissor: Niraj Qayvan, Hindistan və Fransa)
  6. "Daşa yazılmış xatirələr" – "Memories on stone" (Rejissor: Şövkət Emin Korki, Almaniya və İraq)
  7. "İnqilabçı pionerlər" – "Pioneer heroes" (Rejissor: Nataliya Kudryaşova, Rusiya)
  8. "Rüzgarın xatirələri" (Rejissor: Özcan Alpər, Türkiyə, Almaniya və Fransa)
  9. "Andlı bakirə" – "Sworn virgin" (Rejissor: Laura Bispuri, İtaliya, İsveçrə, Almaniya, Albaniya, Kosova və Fransa)
  10. "İdol" – "The İdol" (Rejissor: Hani Əbu Əsəd, Fələstin)

Bu il ilk dəfə olaraq, qalibin 50 min avro ilə mükafatlandırılacağı "ən yaxşı film" mükafatı ilə yanaşı, festivalda "ən yaxşı rejissor", "ən yaxşı ssenari", "ən yaxşı musiqi", "ən yaxşı aktrisa", "ən yaxşı aktyor" nominasiyaları üzrə də mükafatlar təqdim olunacaq. Qaliblərin adı dekabrın 6-da baş tutacaq festivalın bağlanış mərasimində bəlli olacaq.

Xatırladaq ki, 2013-cü ildə Türkiyədə baş verən "Gəzi" parkı hadisələrindən bəhs edən "Yer üzü eşqin üzü olana qədər" sənədli filmində bəzi hissələrin kəsilməsindən sonra yaranan mübahisələrə görə, festivalla bağlı böyük problemlər yaşanmışdı.

Tarix
2015.11.18 / 02:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla