Yuxarı

Bülbüloğlunun Yutuba yerləşdirilən mahnıları silindi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbüloğlunun Yutuba yerləşdirilən mahnıları silindi

Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi, xalq artisti Polad Bülbüloğluna məxsus olan “Heyif belə oldu” mahnısının Yutub platformasında icazəsiz və qanunsuz yerləşdirilməsi ilə əlaqədar olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət daxil olub.

Bu barədə Kult.az-a Agentlikdən məlumat verilib.

Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb.

Araşdırma nəticəsində məlum olub ki, “Universal Azerbaijan Music” adlı Yutub kanalında “Gəl ey səhər” albomu formasında yüklənən fayllardan biri “Heyif belə oldu” kompozisiyasıdır. Bəstəkarın digər əsərləri də burada yerləşdirilib. Bu kanal 2018-ci il 25 oktyabr tarixində “Folklore Azerbaijan Music Academy” adı ilə yaradılıb.

P.Bülbüloğlunun müəllif hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Agentlikdə əlaqəli hüquq sahiblərinin hüquqlarının kollektiv əsasda idarə olunması üzrə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (Beat Music şirkəti üzərindən) ilə birgə “Universal Music Publishing Group” ilə əlaqə saxlanılıb.

Görülmüş tədbirlər məticəsində “Universal Azerbaijan Music” Yutub kanalında qanunsuz yerləşdirilmiş əsərlərin silinməsi təmin edilib.

Tarix
2023.06.01 / 17:35
Müəllif
Kult.az
Digər xəbərlər

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla