Yuxarı

“Bizi buna Ruhəngiz məcbur etdi” – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Qızıl duetlər" layihəsinin doqquzuncu dueti xalq artisti Flora Kərimova və Cavan Zeynallının birlikdə ifa etdiyi "Görüş" mahnısıdır. Sözləri Rafiq Babayevə, musiqisi Ruhəngiz Qasımovaya aid olan mahnı bu gün də sevilərək dinlənilir.

Cavan Zeynallı

Cavan Zeynallı 1967-ci ildə A.Zeynallı adınaMusiqi Texnikumunu bitirib. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olub. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçısı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olub.Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarında iştirak edib.

Cavan Zeynallı xalq artisti Flora Kərimova ilə duetini belə xatırlayır:

"Əslində, o duet "Yollar görüşəndə" televiziya tamaşa üçün hazırlanırdı.Tamaşa sırasında biz Flora xanımla 3 duet oxumalı olduq. O duetlər bunlar idi: "Susdu dodaqlar", "Oğul-ata" və "Bizə dəyməyin". Nədənsə, "Susdu dodaqlar" mahnısı daha çox sevildi. Birlikdə duet oxumaq təklifi bizə Ruhəngiz Qasımovadan gəlmişdi. O, çox istəyirdi ki, bu dueti məhz biz oxuyaq".

Duetin digər ortağı xalq artisti Flora xanım Kərimova sözügedən mahnının hazırlanma və ərsəyə gəlmə prosesində qızı Zümrüdə bir neçə aylıq hamilə olub.

Mahnının bəstəkarı Ruhəngiz Qasımovaya niyə məhz duetin onlar tərəfindən oxumaqda israrlı olmasını soruşduq. O, israrını bu cür izah etdi:

"O vaxtlar təzə ifaçılar yox idi. Gündəmdə olan gənc müğənnilərin sayı çox az idi. Bu, cavanların eşqindən bəhs edən bir mahnı olduğundan ora yaşlı müğənnilər dəvət edə bilməzdik. Həmin vaxtlar Flora və Cavan Zeynallıyeni üzə çıxan ifaçılar olduğundan biz bu duetə onları dəvət etdik. Bu mahnını çox gözəl ifa etmişdilər".

Qeyd edək ki, xalq artisti Flora Kərimova və Cavan Zeynallının ifa etdiyi "Görüş" ("Susdu dodaqlar") dueti 1979-cu ildə ərsəyə gəlib.

Tarix
2016.01.28 / 08:30
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla