Yuxarı

Çölü qürbət, içi Vətən adam...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çölü qürbət, içi Vətən adam...

Bizim torpağımız fərqlidir bir az; əkdiyimizi ağ yeldən, qara yeldən daldalamaq üçün dərində əkməliyik.

Sürülərimizi qurddan qorumaq üçün qurd kəfəni geyməliyik. Vətənin dizinin dibində ögey balayıq, sevgi görməmişik, mehr salmamışıq.

O üzdən mənim insanlarım qaya kimi sərt, suları kimi cod, çinarları kimi dimdik, qara yeli kimi kəskindir. O üzdən hər zaman tətikdəyik, barışmazıq, çılğınıq.

Qaraçöpük... Vətən olmağa məcburuq...

Estoniya adı gələndə ilk yada düşən Xəqani Qayıblı olur. Bu ölkəni sevməyə bilmirsən. Onun içindəki uşaqlığa, mərhəmətə, sevgiyə toxunmayıb bu ölkə. Əksinə bütün bu gözəl duyğularını cilalayıb, məhrəmliyinə toxunmayıb, onu içində tərtəmiz saxlayıb.

Xəqani Qayıblı altımış illik ömrünün qırx ilini bu ölkədə yaşayıb. Amma onun şeirlərində qürbətdən gileylənmə çox ötəri və epizodikdir. Çünki türk şairi Kamaləddin Kamu Kaminin “Mən qürbətdə deyiləm, qürbət mənim içimdə” deyimini Xəqani Qayıblı “Mən qürbətdə yaşadım, Vətən mənim içimdə” şəklində yaşayıb.

İçindəki Vətəni yaşadığı toplumun dəyərlərində itirməyib, əksinə, dilinin saflığını, şivəsinin şirinliyini, dünyagörüşündəki fərqlilikləri hər iki toplumun dəyərləri sintezindən keçirib, kamilləşdirib, kamilləşib.

Odur ki, Xəqani Qayıblı deyəndə baltik soyuqqanlılığı ilə çılğın türklüyünü, elit davranışları ilə çölçü ruhunun azadlığını bir arada hiss edirsən. Hiss edirsən ki, Vətəni öz içərisinə sığdıra bilən adam azadlığını da tam olaraq yaşayır; bütün ömrü qürbətdə keçsə belə...

Qürbətdə keçən ömür 60 illik yubileyə çatdı. Vətəni Vətəndən kənarda yaşadanlarımız uzun yaşasın...

Tarix
2024.02.26 / 22:32
Müəllif
İlqar İlkin
Digər xəbərlər

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla