Yuxarı

“Gənc Tamaşaçılar”da “Seçmə qüsurlar”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gənc Tamaşaçılar”da “Seçmə qüsurlar”

Sabah saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Zamanla üz-üzə" IV beynəlxalq musiqi layihəsi çərçivəsində "Seçmə qüsurlar" ("Defectos escogidos") musiqili tamaşası nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, layihənin bədii rəhbəri əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir.

Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor Fuad İbrahimov və solistlər iştirak edəcəklər. Budəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva etməklə, hər biri iki, yəni kamera-instrumental və simfonik konsertdən ibarət dörd konsepti birləşdirir. Layihənin ikinci mərhələsinin aprel ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Zamanla üz-üzə" layihəsi ilk dəfə 9 il öncə, Azərbaycan Respublikası Mədəniyyət və TurizmNazirliyinin təşkilatçılığı ilə ilk dəfə 2007-2008-ci ilin konsert mövsümündə həyata keçirilib. O dövrdə bir çox XX əsr klassiklərinin əsərləri məhz bu layihə çərçivəsində ifa edilib.

Tarix
2016.03.01 / 18:07
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla