Yuxarı

“Məlik Dadaşova görə nazirlə düşmən oldum”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məlik Dadaşova görə nazirlə düşmən oldum”

"Təhminə" filmi çəkiləndə hələ Zərnigar Ağakişiyeva söhbəti yox idi. Məni Aliyə roluna dəvət edəndə, dedim, Rasim müəllim, Zaurun anası rolunda kimi çəkəcəksiniz? Məni çəkin də. O da cavab verdi ki, Elmira, nə danışırsan, sənin üzündə o qədər nur var, Təhminəyə qayınanalıq edə bilməzsən.

Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Elmira Şabanova APA-ya müsahibəsində deyib. O, Polad Bülbüloğlu ilə yaşadığı konflikt haqda da danışıb:

"Əbülfəs Qarayevi çox istəyirəm. O, mənə çox kömək edib. Xalq artisti adını 2006-cı ildə almışam. Halbuki illər əvvəl almalı idim. Bu da nəyə görə olub? Keçmiş nazir Polad Bülbüloğlu ilə aramızda konflikt yaranmışdı. Məlik Dadaşov Rus Dram Teatrında işləyəndə məni ora dəvət eləmişdi. Sonra direktor oldu. Poladla Məlikin arası yox idi. O vaxt mən Məlik Dadaşovu müdafiə elədim, oldum Polad Bülbüloğlu ilə düşmən. Amma Əbülfəs Qarayev gələn kimi məni çağırdı ki, sizə xalq artisti adı üçün təqdimat yazıram. Amma nazirliyin kino şöbəsi ilə... Nə isə, danışmaq istəmirəm, dərinə getməyək. Kinostudiyanın direktoru Müşfiq Hətəmovu çox istəyirəm, münasibətimiz də əladır. Müşfiq çox yaxşı oğlandır, ona işlərində uğurlar arzu edirəm".

Elmira Şabanova mərhum aktyor Ceyhun Mirzəyevin ona sevgisindən də söz açıb:

"Ceyhun mənə vurulanda balaca uşaq idi. Qoy lap əvvəldən danışım. Allah rəhmət eləsin, SSRİ xalq artisti Məhərrəm Haşımov bizə dərs deyirdi. O, Rus Dram Teatrının direktoru idi. Tələbələrini teatra təcrübəyə aparırdı. Rüfət də teatra dostlarının yanına gəlib-gedirdi. Görürdüm, altdan-altdan mənə baxır, göz qoyur. Bir gün dedi, filmə çəkilmək istəyirsiniz? Mən də cavan qız, birinci kurs tələbəsi. Dedim, əlbəttə, istəyirəm, amma atam-anam qoymaz. Gedib danışdı, razı saldı, məni apardılar Nabrana. "Əsl dost" filminin çəkilişi gedir, yaradıcı heyətin hamısı cavan uşaqlardır. Məsələn, Eldar Quliyev yadıma düşür, cavan assistent idi. Rüfət hamıya tapşırmışdı ki, bu qızı incitməyin, onunla evlənəcəyəm. Məndən də 17-18 yaş böyük. Ceyhun Mirzəyev də məndən beş-altı yaş balaca olardı. Bir dəfə gördüm, hamının başına dolandığı bu suyuşirin uşaq heç kimə yaxın getmir, qaşqabağını sallayıb oturub. Soruşdum, Ceyhun, nolub sənə? Birdən qayıdasan ki, o kişiyə getmə, böyüyüm, səni özüm alacağam".

Tarix
2016.03.04 / 15:42
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

Bakı və İrəvan arasında sülh sazişinin yeri və tarixi...

Azərbaycandan mal idxalında maraqlıyıq - Papoyan

Bakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla