Yuxarı

Şah İsmayılın zərbəsi məşhur bahadırı iki yerə bölür…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şah İsmayıl Səfəvi Xətai - 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

Ey ulu əcdadım, ey böyük ələm,

İstərəm sənintək yaşayam, öləm.

Yazdın bu millətin hünər tarixin,

Bir əlində qılınc, birində qələm!

1514-cü il avqust ayının 22-i. Səfəvi şahının çadırı.

Sərkərdələr gecə hücuma keçməyə Şahı razı sala bilmirlər. Çünki döyüşdən qabaq Osmanlı kəşfiyyatı qızılbaş topçularını daşıyan dəvələr olan yerə əməliyyat keçirmiş, topçuların başını kəsmişdir. Nəticədə isə Şah deyir:

“Osmanlı gecə hücum edə bilər, biz karvan basan quldur deyilik, kişi kimi sabah qılıncımızla toplara qalib gələcəyik”.

1514-cü il avqust ayının 23-ü, çərşənbə günü səhər saat 09.30. Şah İsmayıl Səfəvi döyüş günü önə çıxıb onun məktubunu xatırladaraq Sultan Səlimi təkbətək döyüşməyə çağırır.

Şah ucadan qışıqıraraq deyir: “Səlim, aləmin mərdliyindən səndə bir nişanə varsa, toplardan istifadə olunmasına qadağa qoy və bundan sonra döyüş meydanında mərd namərddən fərqlənə bilsin, gəl qarşı-qarşı döyüşək və kim qalib gəlsə, qoşun təslim olsun”.

Lakin Sultan onun qarşısına çıxmağa cəsarət etmir. Osmanlının ən güclü döyüşçüsü və sərkərdəsi Malkoçoğlu Tur Əli bəyi göndərir. Malkoçoğlu Osmanl tarixində əvəzolunmaz qəhramanlardan biri idi. Avropada onun adı bütün saraylarda qorxu ilə çəkilirdi.

Şah Babamızla üz-üzə gələndə Malquçoğlundan Şahımız soruşur:

- Səlim hardadır, niyə mənimlə qarşılşamaqdan çəkinir?

Malkoçoğlu özündən razı halda qılınc çəkərək deyir ki, ilk həmləni sən et.

Şahımız deyir ki, siz hücum etmisiniz, ilk zərbə vurmaq haqqını da sənə verirəm.

Şah İsmayıl ilə Malkoçoğlu əvvəlcə nizəyə əl atırlar. Hər iki tərəfin qoşunları və əmirləri tərəfindən müşahidə olunun bu döyüş zamanı Şah İsmayıl nizəsi ilə Malkoçoğlunun nizəsini vurub parçalayır. Bu zərbədən vahiməyə düşən Malkoçoğlu tez əlini qılıncına atır və döyüşü qılıncla davam etdirir. Şah İsmayıl da əlini qılınca atır və Malkoçoğlunun başına güclü bir zərbə endirir. Mənbədəki məlumata görə, Şah İsmayılın qılıncının zərbəsi elə güclü olur ki, Malkoçoğlunun başından qurşaq yerinə qədər bədəni iki yerə bölünür.

Riçard Knoles özünün “Osmanlı tarixi” kitabında belə yazır:

“Bu arada yaralanmış Səfəvi Şahı İsmayılın döyüşdə mərdlik göstərməsinə baxmayaraq, fransız topları son sözü Çaldıran savaşında dedi”.

Çoxları bu döyüşün Səfəvilərin məğlubiyyəti kimi qəbul edirlər. Hazırda Türkiyədə Osmanlı tarixi muzeyində Şahın sözləri olan əlyazma var. Orda yazılır:

“Şah döyüşdən geri çəkilən zaman Sultan Səlimə tərəf üzünü tutaraq ucadan deyir: Qoşunum az olduğundan mən müvəqqəti geri çəkildim”.

Heç “məğlub oldum” da demir, deyir ki, geri çəkildim.

Sultan Səlim Çaldaran döyüşündən sonra Təbrizdə qısa müddətə qalıb geri dönür. Şah İsmayıl öz paytaxtına qayıdır və dərhal Çaldıran vuruşmasında həlak olmuş Məhəmməd xan Ustaclının əvəzinə onun qardaşı Qaraxan Ustaclını Diyarbəkir bəylərbəyisi təyin etdi. Qaraxan Ustaclı Diyarbəkiri geri almaq üçün savaş aparanda Sultan Səlim ona məktub yazır:

“Gəl, mənə itaət et ki, bu ölkəni tamam sənə verim və sən bu ölkənin külli hakimi olasan”.

Qaraxan bu təklifi qəti surətdə rədd edərək, bunun cavabında Osmanlı elçisinə bildirir:

“Get və qeysərinə de ki, sən unudursan ki, biz Şah İsmayıl Bahadırın nökərləriyik. Biz bu ocağın sufiləri və bəndələriyik. Heç bir vaxt sufi və müridi öz mürşid-i kamilindən döndərmək, onu öz ağasından uzaqlaşdırmaq mümkün deyildir”.

Azərbaycan Respublikasının və 1918-1920-ci illərdə mövcud olmuş ADR-in dövlət bayrağındakı ay-ulduz simvolikasına Osmanlı imperiyasının da dövlət bayrağında rast gəlindiyini bildirərək, bu rəmzlərin Azərbaycan bayrağına Osmanlı dövlətinin dövlət atributlarından keçdiyini söyləyirlər.

Səfəvilər dövlətinin qurulması ilə üzərində aypara və səkkiz guşəli böyük ulduz olan parlaq yaşıl rəngli parça dövlət bayrağı kimi qəbul edilib. Məlumatlardan aydın olur ki, bu bayraq Şah I Təhmasibin hakimiyyət illərinə qədər dövlət bayrağı kimi qalıb. “Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı tarixi mənbədə I Şah İsmayılın 1508-ci ildə Bağdada varid olması bu cür qeyd olunub: “Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı”.

Şah İsmayıl fenomenal şəxs idi. Yaxşı sərkərdə, idarəçi, mədəniyyəti sevən, şəhərsalmağa meyilli və ən əsası qeyri-adi fiziki gücə sahib idi.

Şah İsmayıla “Türki-tacidar” deyə xitab edirdilər.

Azərbaycan hökmdarı heç vaxt məğlub etdiyi qoşunun arxasınca gedib onları təqib etməz və onların salamatlıqla qaçıb qurtulmalarına imkan yaradardı. “Aman vermək imandandır” - deyən Şah İsmayıl təslim olanları bağışlayır, hətta onları öz ordusuna qəbul edirdi. Şah İsmayıl hərbi əməliyyatlar aparılan ərazilərdə dinc əhalinin zərər çəkməsinə heç zaman imkan verməzdi.

Şah İsmayıl Xətai 23 may 1524-cü ildə vəfat etmişdir. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn edilmişdir.

O, cəmi 37 il yaşayıb, lakin qısa ömründə gördüyü işlər ona ölməzlik qazandırıb!

Tarix
2024.05.23 / 21:36
Müəllif
Zaur Əliyev
Şərhlər
Digər xəbərlər

Fransa bununla Azərbaycanı qıcıqlandırır - Uorlik

Bu başçı özünə yeni müavin təyin etdi

Hərbi polisin sabiq xidmət rəisinə hökm oxundu

Bayramov Qırğızıstanın yeni səfirini qəbul etdi

Sülhün əksər elementləri razılaşdırılıb, fikrimcə... - Klaar

Konstitusiya Məhkəməsində seçkilərlə bağlı iclas

Pezeşkian Azərbaycanla bağlı elə sözlər dedi ki... - Mühüm

O polisin bədənini gördüm – 3 bıçaq, iki güllə yarası vardı

Türkiyə “Bastion”ları bir ay ləngitdi: “Sezar” necə gələcək?

Pezeşkian türkcə danışdı, xəbərdarlıq aldı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla