Yuxarı

Onu bir şərtlə bağışlayaram - Ağadadaş Ağayev

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onu bir şərtlə bağışlayaram - Ağadadaş Ağayev

Qarşı tərəflə barışıb-barışmamağım onun davranış tərzinə bağlıdır. Həmin adam çıxıb hər kəsin gözü önündə üzr istəməli və Allahı başının üstündə görməlidir.

Kult.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a xalq artisti Ağadadaş Ağayev onu döyən mühafizəçi barəsində danışarkən deyib.

Müğənni bildirib ki, mühafizəçini sadəcə üzr istəyəcəyi halda bağışlaya bilər:

“Yalnız məndən deyil, baş verənlərə görə xalqımızdan da üzr istəməlidir. Ümumiyyətlə, məni aşağılayacaq nə yalan məlumat yayıbsa, hamısını etiraf etməlidir. Yaşadığımız rayonda bizim nəsilə hər kəs hörmət edib. Mənim Mirzə babam bəy olub. Bütün davalarda, hətta qan davaları baş verəndə də hamı babamın yanına gələrdi ki, tərəfləri barışdırsın. Allah bağışlayandır, mən kiməm ki?! Həmin şəxs Allahı unutmayıb, doğruları danışsa, üzr istəsə, niyə də bağışlamayım? Hər şey ola bilər”.

Xatırladaq ki, bu il iyulun 23-də Binəqədi rayonu ərazisində xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi ("Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir. İş üzrə zərərçəkən qismində “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.

Cinayət işi üzrə məhkəmə baxışı noyabrın 28-ə təyin edilib.

Tarix
2024.11.27 / 19:01
Müəllif
Kult.az
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla