Yuxarı

Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - Foto

Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salami 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilib.

Kult.az Oxu.az-a istinadla xəbər verir ki, N.Salami Tural Cəfərov adlı iş adamından şəxsi problemlərinin həlli və restoran biznesinin genişləndirilməsi məqsədilə 500 000 manat borc alıb.

İş adamı ilə aralarında imzalanan müqaviləyə əsasən, Niyam Salami borcu hissə-hissə olmaq şərti ilə 24 ay ərzində 550 000 manat olaraq geri qaytarmağa razılaşıb.

Müqaviləyə görə, Salami iş adamına hər ay müəyyən məbləğ ödəməyi vəd edib. O, həmçinin öhdəlik götürüb ki, hər hansı bir ayda 25 000-30 000 manat arasında ödəniş etməsə, bütün borcun dərhal tələb ediləcəyini qəbul edəcək və buna etiraz etməyəcək.

Götürdüyü öhdəlikləri yerinə yetirməyən müğənni şəriki ilə məhkəmədə üz-üzə gəlməli olub. Qarşı tərəfin iddiasını 11 sentyabr 2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsi təmin edib və N.Salaminin keçmiş ortağına 500 000 manatı, eləcə də 790 manat dövlət rüsumunu ödəməsi barədə qərar çıxarıb.

N.Salami məhkəmənin hökmü ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsinin vaxtı isə aparılacaq ekspertizadan sonra baş tutacaq. Çünki ilkin ifadəsində müqavilədəki xəttin ona məxsus olduğunu təsdiq edən müğənni sonradan ifadəsini təkzib edib və xəttin ona məxsus olmadığını iddia edib.

Tarix
2025.01.19 / 00:01
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla