Yuxarı

Bakıda bomba həyəcanı: axtarış başa çatdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bomba həyəcanı: axtarış başa çatdı - Foto

2016-06-12 00:02:01

Bu gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün "Qanun" nəşriyyatının yerləşdiyi əraziyə gəlib.

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olduğuna görə gəliblər. Lakin Şahbaz Xuduoğlunun bildirdiyinə görə, axtarış aparmaq üçün hər hansı sənəd təqdim etmədiklərinə görə, onlar binaya buraxılmayıblar.

Şahbaz Xuduoğlunun hüquqi nümayəndəsi, vəkil Yalçın İmanov bildirib ki, hazırda hadisə yerindədir: "Polis binanı əhatəyə alıb. Onlar bildiriblər ki, nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olub, lakin axtarış aparmaq üçün heç bir hüquqi sənəd təqdim olunmayıb. Şahbaz Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin hələlik binaya daxil olması mümkün olmayıb".

***

Ötən gün axşam saatlarından başlayaraq "Qanun" nəşriyyatında bomba olması barədə anonim zənglə binaya gələn polis qüvvələri hazırda qurduqları 3 postla nəzarəti daha da gücləndiriblər.

Axar.az xəbər verir ki, bu barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu Feysbuk sosial şəbəkəsində məlumat yayıb. Onun sözlərinə görə, səhər saatlarından nəşriyyatın binası ətrafına polislər lentlər çəkib, içəri kimsənin daxil olmasına imkan verilmir və o istiqamətdə hərəkət məhdudlaşdırılıb.

Ş.Xuduoğlu məsələ ilə bağlı bu gün saat 14:00-da binanın qarşısında mətbuat konfransı keçirəcəyini açıqlayıb.

***

"Polis əməkdaşlarının "Qanun" nəşriyyatında apardığı axtarış başa çatıb. Polislər bomba həyəcanı ilə gəlmişdilər, bu da özünü doğrultmadı, bomba tapılmadı".

Bunu APA-ya açıqlamasında "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun qardaşı, axtarış zamanı nəşriyyatda olan xalq şairi Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı deyib ki, polis əməkdaşları nəşriyyatda şübhəli saydıqları bəzi çap məhsullarını, qəlibləri götürüblər.

Tarix
2016.06.12 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla