Yuxarı

İlk qadın şəhidimizin ailəsindən - Videoreportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk qadın şəhidimizin ailəsindən - Videoreportaj

Dedi ki, dərslərinizi yaxşı oxuyun, nənənin sözündən çıxmayın, bacına da yaxşı bax...

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi, yaralı əsgərlərimizi döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olan Arəstə Baxışovanın 11 yaşlı oğlu Mərdan AzTV-yə anası ilə bağlı xatirələrini bölüşərkən deyib.

O, cəbhədə olan anasının tez-tez zəng edib onların kefini soruşduğunu bildirib:

“Hər dəfə zəng edib bizi soruşardı. Mən neçə dəfə zəng elədim götürmədi, axırda açdı, danışdı. Səsi çox pis çıxırdı. Dedim yəqin xəstədir. Nə olduğunu soruşdum, dedi yaxşıyam. Bir də dedi ki, “dərslərinizi yaxşı oxuyun, nənənin sözündən çıxmayın, bacına da yaxşı bax...”

10 yaşlı qızı Zəhra da anasını qürurla xatırlayıb: “Anam məni çox istəyirdi. Mənimlə həmişə fəxr edirdi, indi mən də anamla fəxr edirəm ki, Vətən uğrunda şəhid oldu...”

Şəhidin anası Məktubə Baxışova isə qızını çox çətinliklə, atasız böyütdüyünü, lakin qızının heç vaxt ölümdən qorxmadığını deyib: “Hərbiyə getmək istəyirdi. Dedim ki, iki balan var, sizi zülmlə böyütmüşəm. 4 yaşında olanda atasını itirib, atasız böyüyüb. Dedi ki, “uşaqlarım sənə əmanət. Əgər mənə bir şey olsa, şəhid olacağamsa, mənim alın yazımdır”.

O, mənim qürurumdur, başımın ucalığıdır. Balam ölümdən qorxan qız deyildi... “Narahat olma hər şey qaydasındadır, tezliklə qələbə bizim olacaq!”.

“Ordumuzda elə ruh yüksəkliyi var ki, o qədər könüllü canla-başla döyüşən əsgərlərimiz var ki...” - Bu, onun ən çox işlətdiyi sözlər idi...”

Xatırladaq ki, 31 yaşlı Arəstə Baxışova Xaçmazda doğulub. Atası Çernobıl qəzasında əlil olub və şəhidimiz 4 yaşı olanda vəfat edib.

Tarix
2020.10.30 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla