Yuxarı

Fransa kralının türk hökmdarına yalvarış dolu məktubu

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

1525-ci ildə İspanya Kralı və Müqəddəs Roma (Alman) imparatoru V Karlın ordularına məğlub olan və əsir düşən Fransa Kralı I Fransua müxtəlif təhqirlərə və alçaldıcı davranışlara məruz qalır. Vəziyyət qarşısında çarəsiz qalan Fransa kralı anası vasitəsilə Osmanlı imperatoru Qanuni Sultan Süleymana onu xilas etməsi üçün yalvarış dolu məktub yazır.

Kult.az Fransa kralı I Fransuanın, anası Luiz de Savuanın Osmanlı sultanı Qanuni Sultan Süleymana məktubunu və Sultan Süleymanın cavabını təqdim edir:

Fransa kralı Fransuanın anası Luiz de Savuanın Qanuni Sultan Süleymana məktubu:

“Almaniya və İspaniya kralı V Karl oğlum Fransuanı Pavia müharibəsində əsir alaraq həbs edib. Bu günə qədər oğlumun əsirlikdən xilas edilməsini onun insanlığına buraxmışdım. O isə ümid etdiyimiz insanlığı bizə göstərmək yerinə, oğluma qarşı müxtəlif təhqirlər etdi. İndi isə aləmin təsdiq etdiyi əzəmət və şanınız ilə oğlumu düşmənimizin pəncəsindən xilas etmə lütfünü buyurmanızı zatı şəhanələrinizdən şəxsim adına xahiş edirəm”.

Fransa Kralı Fransuanın Qanuni Sultan Süleymana məktubu:

“Dünyanın bir çox ölkəsinin, şəhərinin padşahı və bütün məzlumların dərgahı olan Sultanı muazzam və xaqanı mufahham həzrətlərinə ərzim budur ki, Avstriya kralı Ferdinand üzərinə hücum etdiyinizdə biz dəxi həbsdən xilas olub, İspanya Kralı V Karl üzərinə hücum edib intiqamımızı alaq. Siz ki, şahənşahı cəlalu şansınız. Onun öhdəsindən gəlmək üçün bizə yardım edəcəyiniz təqdirdə sizə əbədiyyən minnətdar olacağıma əmin ola bilərsiniz”.

Qanuni Sultan Süleymanın Fransa kralı və anasının məktublarına verdiyi cavab:

“Mən sultanlar sultanı, xaqanlar xaqanı, hökmdarlara tac bəxş edən, Allahın yer üzərindəki kölgəsi, Aralıq dənizinin, Qara dənizin, Rumelinin, Anadolunun, Qaramanın, Rumun, Dülkadir vilayətinin, Diyarbəkrin, Kürdüstanın, Azərbaycanın, Əcəmin, Şamın, Hələbin, Misirin, Məkkənin, Mədinənin, Qüdsün və bütün ərəb diyarının, Yəmənin və dəxi neçə məmləkətlərin sultanı və padşahı Sultan Bəyazid xan oğlu Sultan Səlim xan oğlu sultan Süleyman şah xanam.

Sən Fransa vilayətinin kralı Françeskosan.

Padşahların sığınacağı olan dərgahıma adamın Frangipan ilə məktub göndərib məmləkətinin işğal edildiyini və özünün də həbsdə olduğunu ərz edibsən. Hər nə demiş idinsə, bütün aləmin mərkəzi olan taxtımın pillələrinə ərz olunub təfsilatı ilə məlumum oldu. Bilin ki, mən də əcdadım kimi qılınc tutub, müharibə edib, məmləkətlər fəth etməkdən geri qalmaram. Hər an müharibəyə hazıram. Yalnız Allahın dediyi olar. Nə edəcəyimi elçinizdən öyrənə bilərsiniz”.

Qeyd edək ki, məktubun ardından Osmanlı Sultanı Qanuni Sultan Süleyman məshur türk admiralı Xeyrəddin Barbarosa (Baba Oruçça) Fransa Kralı I Fransuanı xilas etməsi üçün İtaliya-İspaniya sahilərinə hücum etməsi əmrini verir. Bundan sonra İspanya Kralı və Müqəddəs Roma imparatoru V Karl Fransa kralı I Fransuanı azadlığa buraxır.

Tarix
2021.04.15 / 17:48
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla