Yuxarı

Xosrova məktub: Türklərə qarşı çıxmaq Tanrıya qarşı çıxmaqdır!

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tarixində adı az hallanan böyük hökmdarlardan biri Tonq Yabqu Kağan Qərbi Göytürklərin beşinci xaqanı idi və onun dövrü xaqanlığının ən güclü dövrü sayılır. Qeyd edim ki, tonq - “hücum edən, cəsur” mənasını verir. Elmi ədəbiyyatda “cəsur qurdlar” kimi də izah edilir. Bununla bərabər, biz sözün “düz dayanan”, “məğrur” mənalarında əski türkcədə işləndiyini də görürük.

Məlumata görə, cəsur taktika ustası və döyüş sənətində əvəzolunmaz sayılan Tonq Yabqu Xaqan əvvəlcə şimal bölgələrində yaşayan bütün toles (tolis) tayfalarını tabe etmək üçün hərəkətə keçir. Sasanilərin güclü rəqibi olan Tonq Yabqu Xaqan Fərqanə, Daşkənd, Buxara, Səmərqənd, Kaşqar, Kuca, Hötən, Turfan, Aksu kimi şəhərlərə nəzarət edirdi.

Qərbdə yaşayan bütün şadlar və yabqular bölgələrini türklər adına idarə etməyə başladı (Bax: Ahmet Taşağli. Kök Tengri'nin çocukları. 2013, 364 s.).

Üçüncü sasani-türk müharibəsi zamanı Tonq Yabqu Xaqan özünü Albaniya hakimi elan etmişdi. Tonq Yabqu Xaqanın hakimiyyəti illərində Qərbi Göytürk Xaqanlığı Çində baş verən daxili münaqişələr nəticəsində müstəqil siyasət yürütməyə başlamışdı.

Tonq Yabqu Tan sülaləsindən olan şahzadə ilə evlənmişdi. O, Sasanilərə qarşı Bizansla müttəfiq olmuşdu. Müttəfiq qüvvələrinin hücumları nəticəsində Sasanilər üzərində mühüm qələbələr əldə olunmuşdu. Xəzər xaqanlığının yaranmasında Tonq Yabqu Xaqanın rolu vardır.

Onun hakimiyyəti illərində Qafqazın şadı, yabqusu və tudunu olan Böri Şad Tonq Yabqu xaqan öldükdən sonra müstəqil siyasət yeritməyə başladı və Xəzər Xaqanlığının əsasını qoydu.

Məlumdur ki, islam dini yaranandan sonra Məhəmməd peyğəmbər (s) dinin yayılması üçün ətraf ölkələrə məktublar göndərirdi. Peyğəmbərin (s) sağlığında Ərəb yarımadasında yerləşən bəzi qəbilə başçılarına, Həbəşistan başçısına, Misir hökmdarına, Bizansın o vaxtkı imperatoru Herakleosa və Sasani hökmdarına da məktub və elçilər göndərdiyi məlumdur (Bax: Göde, Kemal, Hz. Peygamber Devrinde Göktürkler ve Türk Kültürü, III. Kutlu doğum sempozyumu: tebliğler 295 s., 2000).

Tarixçilərin cidd-cəhdlə gizlətdiyi bir məqam da var. Peyğəmbərin (s) Qərbi Göytürklərin başında Çəkinin kiçik nəvəsi Tonq Yabqu Xaqana da məktubu olub. Hazırda Vatikanda saxlanılan məktubda yazılır: “Ənənəvi türk dini içərisində yer alan məhəbbətin Allah inancı, ölümün Tanrının əlində olduğu, bu dünya həyatının yanında başqa həyata inanma, cənnət-cəhənnəm, tale, qurban, dua, yoğ aşı kimi dini mərasimlər Allahın göndərdiyi islamda vardır. Sizləri bu dinə dəvət edirəm, islamın gözəlliklərini hiss etməyinizə inanıram” (Bax: Hilmi, Aydın. The Sacred Trusts. Somerset, New Jersey: The Light, Inc. 200, 4352 pages).

Üçüncü sasani-türk müharibəsi zamanı Tonq Yabqu Sasani hökmdarı Xosrova məktub göndərib yazırdı:

“Mən Tonq Yabqu Xaqan, Şimalın Ağası, Tenqrinin böyük hörmət bəslədiyi Qərbi Göytürk vilayətinin xaqanıyam. Türklərə qarşı çıxmaq Tenqriyə qarşı çıxmaqdır, türklərə qarşı çıxmaq heç kimin haqqı deyil” (Bax: Çin Kaynaklarında Türkler Eski T'ang Tarihi (Chiu T'ang-shu), 2005, 517 s.).

Tarix
2025.07.09 / 14:04
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla