Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova
Hamburqda keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq
mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı xanım sənətçisi"
mükafatını alıb.
Axşam.az-ın
məlumatına görə, müğənninin mükafatlandırma mərasiminə getməsi
ətrafında söz-söhbətlər yaranmışdı. Belə ki, A.Kazımova tədbirdən
əvvəl erməni təmsilçisi Siruşo və Andrenin gecədə Azərbaycan xalq
mahnısı "Sarı gəlin"i oxuyacağını öyrənib. Bu təxribatın qarşısını
alan müğənni onların "Sarı gəlin" oxumasına mane olub və səhnədə
"Çox sağ ol, Azərbaycan!", "Çox sağ ol, Qarabağ!" sözlərini deyib.
İfaçının erməni təxribatının qarşısını alması Azərbaycanda bir
çoxları yalan adlandırıb.
Müğənni Andre erməni mediasına açıqlama verərək, Aygün
Kazımovadan bəhs edib və onun mərasimdə etdiklərindən
əsəbiləşdiyini bildirib. Andre açıqlamada Azərbaycanın tarixi
torpaqlarını Arsax adlandırıb:
"Hər şey mənim məşqlər zamanı oxuduğum "Sarı gəlin" mahnısından
sonra başladı. Bilirsiniz ki, bu mahnını azərbaycanlılar
özlərininki hesab edir. Onlar məşqimi izlədilər, sırf o mahnını
oxudum ki, onun bizə aid olduğunu göstərim. Həmin andan hiss etdim
ki, onlar məni izləyir.
Onun (Aygün Kazımovanı nəzərdə tutur - red.) Qarabağa təşəkkür
etməsinə gəldikdə isə, gülməlidir. Arsaxda (Qarabağ) onu
tanımırlar, onu və onun vətənini qəbul etmirlər. Niyə Qarabağa
təşəkkür edir? "Sarı gəlin" onların olmadığı kimi, Qarabağ da
onlara aid deyil. Onu məmnuniyyətlə Avropa səhnəsindən təşəkkür
etdiyi Arsaxa dəvət edərdim. Beləcə, o, Arsaxın bütün gözəlliyini
görəcək. Eyni zamanda Arsax camaatı ona təşəkkür edən qonşu
dövlətin xalq artistini tanıyar".
Məsələyə A.Kazımova yenidən münasibət bildirib və erməni
müğənninin səhvini düzəldib:
"Əvvəla mən "Çox sağol, Azərbaycan", "Çox sağol, Qarabağ"
deməmişəm. Mən "Çox sağol, mənim Azərbaycanım", "Çox sağol, mənim
Qarabağım" demişəm. Qarabağı ancaq ermənilər özlərinin adlandıra
bilərlər. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və
qəbul edir. Qarabağ mənimdir, bizimdir. Mən Qarabağ döyüşlərində
iştirak edən, ermənilərə atəş açan qadınam. Mən belə haqsızlığıa
heç yerdə susa bilməzdim. Yenə olsa, yenə də onların
təxribatlarının qarşısını alacağam".
A.Kazımova həmçinin açıqlamasında erməni müğənni Andreninin
yerinə səhvən Siruşo deməsinə də aydınlıq gətirib:
"Orada iki erməni müğənni çıxış etdi. Biri Andre, digəri isə
Siruşo idi. Mən elə bilmişəm Azərbaycanın xalq mahnısı "Sarı
gəlin"i Siruşo ifa edib. Sən demə, Andre imiş… Mənim üçün fərqli
yoxdur onların adı nədir. Mənim üçün onların bir adı var. O da
erməni! Əlbəttə, onların arzusunu, istəklərini gözlərində qoyduq.
Bu onlara hələ çox yer edəcək".