Yuxarı

Yol qəzasında “ölən” aparıcı: Sizə yalvarıram... - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol qəzasında “ölən” aparıcı: Sizə yalvarıram... - Video

ARB telekanalının aparıcısı Afət Rahilqızı ölüm xəbərinin yayılmasına çox sərt reaksiya verib.

Kult.az xəbər verir ki, o, İnstaqram hesabında avideo yayımlayaraq, ölüm xəbərini yayanlara müraciət edib:

“Çox əsəbiyəm, stress yaşayıram, əlim-ayağım əsir. Gecənin bir saatında dostlarımdan ayırılıb evə gəlib yatmışam. Ömrümdə bir dəfə telefonu söndürmüşəm. Bu yatmaqla ölüm yuxusuna getməmişəm ki! Ölüm xəbərimi yayan kimdirsə, kim sifariş edibsə, onu bu müqəddəs günə tapşırıram. O qədər əsəbiyəm ki, bu dəqiqə özümdə deyiləm. Qohumlarım, bütün dostlarım, iş yoldaşlarım hamısı havalanıb. Hər kəs mənə zəng edir. Bu həyatda mənim heç kimə pisliyim dəyməyib. Sizə yalvarıram ki, belə məlumatları paylaşmazdan əvvəl səhifəmə daxil olub qohumlarımı tapın. Sözün əsl mənasında ölüb-dirildim. Bütün tanışlarımdan bu yalan xəbəri yayan insana görə üzr istəyirəm. O “insana” demək istəyirəm ki, sənə ayıb olsun! Axı, məndən nə istəyirsiniz?!”

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və saytlarda ARB telekanalının tanınmış aparıcısı Afət Rahilqızının ölüm xəbəri yayılıb. Bəzi səhifələr aparıcının yol qəzasında həlak olduğunu yazıb.

Tarix
2018.05.31 / 11:29
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla