Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2018


Gecə ilə Bakıya qayıtdım ki... - Ruhi Əliyeva

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Geyim, xarici görünüş, saç düzümü və s. bu kimi detallar mənim üçün hər zaman ikinci yerdə dayanıb. İnsanları daxili gözəlliyi, ağlı və əməllərinə görə qiymətləndirirəm. Ümumiyyətlə, həyata hər zaman pozitiv nəzərlərlə baxmaq lazımdır. Bəzən mən də hamı kimi nələrəsə hirslənirəm. Hirsli və gərgin vaxtlarımda güzgüyə baxanda özümü bəyənmirəm. Mənfi emosiyalar dərhal üzümdə əks olunur. Bu, o deməkdir ki, gözəlliyin əsas sirri daxili rahatlıqdır.

Bu sözləri biznes-ledi Ruhi Əliyeva Publika.az-a verdiyi açıqlamada deyib və sözlərinə belə davam edib:

“Gözəl geyimi və özünəməxsus üslubu ilə seçilən Azərbaycan xanımları görəndə heyran oluram. Bilirsiniz ki, xanımlarımızın gözəl görünməsi üçün televiziyada bir çox moda layihələrinə imza atmışam. Eləcə də zərgərlik butikim var. Butikin bir qolu olaraq moda sahəsində də yeni işlər görməyi planlaşdırırıq, layihəni artıq ərsəyə gətirmək ərəfələrindəyik. Bu ilin sonunda olmasa da, gələn ilin əvvəllərində açılışını edəcəyik. Təfərrüatlarını açıqlamaq istəmədiyim moda layihəsinin açılışı ola bilsin ki, öz doğum gününə, 8 Marta təsadüf etsin”.

Stil ikonası bu layihənin hər kəs üçün sürpriz olacağını desə də, bəzi ipucları verib və yerli geyim brendlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb:

“Tam açıqlamayacam, şəxsi brendimi yaratmağı da düşünürük. Çox istərdim ki, o da olsun. Azərbaycan istehsalı olan məhsulların, o cümlədən geyimlərin digər dövlətlərdə ixrac edilməsinə ancaq sevinərəm. Bu, ölkəmiz üçün böyük fərxdir.

Azərbaycanı xarici ölkələrdə təkcə siyasət, idman və sənət adamları təmsil etməli deyil. Hər kəs imkan daxilində öz dövləti üçün nələrsə etməyə səy göstərməlidir. Bu, hər bir azərbaycanın vətəndaşlıq borcudur. İnsanlarımız öz işini qurmağa qorxmasın, addımlarını ürəklə atsınlar, onda uğur daim onlarla olacaq".

R.Əliyeva hesab edir ki, gülərüz və daxili nurlu olan qadının zinət əşyalarına ehtiyacı yoxdur:

“Qadın daxilən işıq saçmalıdır. Bununla belə, bəzək əşyaları hər bir xanıma lazımdır və yaraşır. Çünki onlar obrazı tamamlamağa və parıldamağa kömək edir. Zinət əşyaları taxıb doldurmağı sevməsəm də, təbii daşlara üstünlük verirəm”.

R.Əliyeva hesab edir ki, öz gücü və potensialının nəyə qədər qadir olduğunu bilən qadın evdə oturmamalıdır:

“Əgər məndə biznes sahəsində potensial varsa, istəmərəm ki, işsiz-gücsüz və yararsız şəkildə evdə oturum. Hər zaman vətəndaşlarımızın rahatçılığını düşünən insan olmuşam və çalışmışam ki, faydalı olum".

Səyahət etməyi çox sevdiyini deyən biznes-ledi bildirib ki, övladlarını da hər zaman özü ilə aparır:

“Oğullarım dünyamdır, həyatım onlardan asılıdır. İşgüzar səfərlərdə onları özümlə apara bilmirəm, lakin başqa vaxt hara gedirəmsə, yanımda olmalıdırlar. Övladlarım da mənsiz qala bilmir. Dəfələrlə olub ki, bir həftəlik işgüzar səfərdə olarkən darıxdıqları üçün təyyarəyə bilet alıb gecə ilə Bakıya qayıtmışam”.

Tarix
2018.06.02 / 18:00
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İranda müğənnimizə şok: ayaq altına atdılar... - Video

Oksana sevgilisi haqda: Mənə qadağan ediblər... - Foto

Anar Nağılbaz və Brilyant Dadaşova 20 il əvvəl - Foto

Nigar Camaldan çılğınlıq: Aparıcını suya atdı - Video

Acundan şok transfer - TV8-də yayımlanacaq

Anar Nağılbazın heç yerdə yayımlanmayan - Videosu

Anar Nağılbazın xanımı da ağır xəstədir - Video

Brilyant Dadaşova oğlunun ad günündə ağladı - Video

“Bu şəhərdə”nin aktyoru baba oldu - Foto

Manaf Ağayevin 37 il əvvəlki - Fotosu

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla