Yuxarı

Nazimi pis hala salan həkim konsertinə gələcək

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazimi pis hala salan həkim konsertinə gələcək

Faytonçu Nazim noyabrın 29-da Heydər Əliyev Sarayında verəcəyi “Darıxmışam, Bakıdan danış” adlı konserti ilə bağlı mətbuat konfransı keçirib.

Kult.az Teleqraf.com-a istinadən xəbər verir ki, bir müddət öncə səhhətində problemlər yaranmış ifaçı Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşüb.

50 yaşlı müğənni bildirib ki, konsertdə tamaşaçıları bir çox sürprizlər gözləyir:

“Düşünürəm ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək.

Səhhətimlə bağlı Azərbaycandan kənarda müalicə alan zaman Bakım üçün darıxmışdım. Elə istəyirdim ki, Bakıdan yanıma kimsə gəlsin, Bakımın iyin alım. Sonda onu da deyim ki, konsertdə məni bu hala salan həkimlə yanaşı, məni sağaldan həkim də olacaq".

Nazim bildirib ki, konsertdə israilli müğənni Liyora da iştirak edəcək.

Qeyd edək ki, konsertin rejissoru Aqil M. Quliyev, aparıcısı Kamran Həsənli olacaq. Biletlərin qiyməti 10-80 manat arasındadır.

Tarix
2018.11.14 / 17:19
Müəllif
Kult.az
Digər xəbərlər

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

Ermənistanla Azərbaycan arasında normallaşma prosesi…

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla