Yuxarı

Sürücülərin “gizlənpaç” oyunu 800 manata başa gələ bilər

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərin “gizlənpaç” oyunu 800 manata başa gələ bilər

Bəzi "ağıllı" sürücülər dayanma-durma qaydasını pozanda nömrənin üstünü bağlayırlar ki, qadağan olunmuş yerdə parklanma etdiklərinə görə BNA kameraları onları cərimələyərkən müəyyən edə bilməsin. Ancaq sürücülər başa düşmür ki, elə nömrənin üstünü bağlamağa görə 800 manat cərimə nəzərdə tutulub.

Bu sözləri Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı dayanma-durma qaydalarını pozan, qadağan olunmuş yerlərdə avtomobil saxlayanların cərimə olunmamaq üçün nömrələrini bağlayan sürücülərlə bağlı danışarkən bildirib.

Ekspertin sözlərinə görə, nömrənin üstünü xüsusi örtüklə bağlamağın cəriməsi dayanma-durma qaydasını pozmağa görə nəzərdə tutulmuş cərimədən qat-qat yüksəkdir və 20 manatlıq cəriməyə görə belə risk etməyə dəyməz:

“BNA belə faktları aşkar etdikdə dərhal Dövlət Yol Polisinə məlumat verəcək və həmin sürücü mütləq şəkildə 800 manat cərimələnəcək”.

Ekspert həmçinin bildirib ki, dayanma-durma qaydalarını pozanları cərimələməklə parallel, yeni dayanma-durma yerləri müəyyən etmək, bəzi yerlərdə saatdan və günlərdən asılı olaraq parkinqə icazə vermək lazımdır. Əks halda sürücülərin narazılığı və çarəsizliyi qaçılmazdır.

Tarix
2019.01.16 / 11:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

Ermənistanla Azərbaycan arasında normallaşma prosesi…

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

İlham qardaşımın iradəsi ilə... - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla