Yuxarı

Məşhur “Səhər” 24 yaşını qeyd edir – Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur “Səhər” 24 yaşını qeyd edir – Foto

Bu gün Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan məşhur “Səhər” proqramının efirə çıxmasının 24-cü ili tamam olur.

Kult.az xəbər verir ki, musiqi-informasiya proqramı olan “Səhər”ə yarandığı 1995-ci ildən professor, telejurnalist Qulu Məhərrəmli rəhbərlik edib. Uzun illər (1995-2007) verilişə rəhbərlik etmiş Q.Məhərrəmli 2005-ci ildə proqramın baş redaktoru təyin edilib.

Q.Məhərrəmli bu gün münasibətilə “Səhər”in bütün əməkdaşlarını təbrik edib:

“İlk dəfə 14 avqust 1995-ci ildə efirə çıxmışıq. İlk gündən bu proqramda çalışmış əməkdaşları, bu gün də həmin verilişi formada saxlamağa çalışan bütün həmkarları ürəkdən təbrik edirəm. Bütün əməkdaşlara uğurlar arzulayıram”.

Hazırda AzTV-nin redaktorlarından olan jurnalist Afaq Vasifqızı bildirib ki, kanalın “Səhər” verilişi onun üçün ata evi kimidir:

“90-ların axırları idi. "Səhər"ə gəlib qəzet üçün ilk reportaj hazırlamağım, Qulu Məhərrəmlidən müsahibə almağım bugünkü kimi yadımdadır. İllər keçdi. O komandada çalışmaq mənə də qismət oldu - sərasər 5 il Məqsəd Nur, Aynur Şıxıyeva, Nəcibə Əlixanova, Elnur Məmmədov, Sevinc Mütəllibova, Seymur Şahbazzadə, Güldəstə Nəsibova, Emil Şahzadə, Araz Əkbər kimi əjdahalarla çiyin-çiyinə... Azərbaycan Televiziyasında zaman-zaman fərqli pozisiyalarda çalışsam da deyim ki, “Səhər” ata evi kimi bir şeydir. Doğma və əzizdir. Əvvəlki səviyyəsini də gün-gündən artırır. Rəşad Mehdili, Leyla Qiyasova, Könül Mahmudova və adlarını çəkə bilmədiyim digər dostların uğurlarını görüb qürurlanıram. Gününüz və günümüz mübarək! Sükanı belə saxlayın!”

“Səhər”in aparıcılarından olan Dilarə Səlim proqramın ilk günlərində çəkilən şəkillərindən paylaşaraq, verilişdə əməyi keçənləri təbrik edib:

“Bu tarixdə bizim də payımız olduğu üçün qürurluyam. “Səhər”də 24 il ərzində çalışan bütün əməkdaşları təbrik edirəm!”

Tarix
2019.08.14 / 16:38
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla