Yuxarı

İlhamə Nadir Qafarzadəni danladı – Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Niel şadlıq sarayında xalq artist İlhamə Quliyevanın "Yaşa idman bayramı" klipinin təqdimatı baş tutub.

Axar.az xəbər verir ki, təqdimatda xalq artistinin dostları – əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, şair Baba Vəziroğlu, xalq artisti Faiq Ağayev, müğənni Nadir Qafarzadə, meyxanaçı Namiq Məna, bəstəkar Tahir Əkbər, aparıcı Elgiz, rejissor Nail Naiboğlu və başqaları iştirak edib.

Klipin təqdimatından sonra tədbir İlhamə Quliyevanın nitqi ilə davam edib: "Çox xoşbəxtəm ki, məni bu qədər çox sevir və əzizləyirsiniz. Mən vətənimi, dövlətimi, klipdə dalğalanan bayrağımı, hər qarış torpağımı çox sevirəm. Birinci dəfə Nail klipi mənə göstərəndə hönkürtü ilə ağladım".

Bu sözləri deyən İlhamə xanım göz yaşlarını saxlaya bilməyib. Bir neçə saniyə susduqdan sonra çıxışını davam etdirib: "Mən qürurumdan qəhərlənirəm. Fəxr edirəm ki, bizim Mehriban xanım kimi birinci xanımımız, cənab İlham Əliyev kimi prezidentimiz var. Allah mənə bir az da ömür versin, sizə hər zaman qulluq və xidmət etməyə hazıram".

Daha sonra Şeyx Əbdül çıxış edib və deyib ki, vətənpərvər olmayan insan bədbəxtdir:

"Bu duyğu ən müqəddəs duyğudur. Biz Avropa Oyunları vasitəsilə Avropanı Azərbaycana gətirib onlara Azərbaycan mədəniyyətini təqdim edəcəyik. İlhamə xanıma müqəddəs bir vəzifənin verilməsi onun necə böyük mədəniyyət nümayəndəsi olduğunun sübutudur. Uğur olsun!".

Şair Baba Vəziroğluya da bu proyektin uğurundan söz açıb: "Bu, bizim üçün kiçik bir bayramdır. Mən arxayın idim işbirliyimizdən. Çünki İlhamə xanımla artıq işləmişik".

İlhamə xanım daha sonra mətbuatı "dördüncü hakimiyyət" adlandıraraq onları nə qədər çox sevdiyindən, jurnalistlərlə heç vaxt problem yaşamadığından danışıb: "Mənə jurnalistlərlə maraqlıdır. Onlar həmişə gəlib yaxınlığımda oturub mənim qaşıma-gözümə, danışıq tərzimə, savadıma, gözəlliyimə göz qoyurlar. Əzizlərim, canlarım, sizə minnətdarlığımı bildirirəm. Mən sizi çox sevirəm. Siz həmişə mənim və haqqın tərəfində olmusunuz".

Söhbət əsnasında İlhamə xanım Nadir Qafarzadəyə söz atıb:

"Nadir şah, sənə mən "şah" titulu vermişəm. Niyə sənə televiziya verilişlərində "Nadir" deyəndə onların səhvini düzəltmirsən? Bundan sonra sənə "Nadir" deyəndə səhvlərini düzəlt və sənə "Nadir şah" deməklərini tələb et!"

Tarix
2015.06.05 / 08:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla