Yuxarı

Afaq Aslan məmur oğluna ərə gedir - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə məmur oğlu ilə kəbin kəsdirən müğənni Afaq Aslan müqəddəs Ramazan ayından sonra restoranların birində nikah masasına əyləşəcək.

Bu barədə Axar.az-a danışan ifaçı bildirib ki, toyunun dəqiq gününü söyləmək niyyətində deyil:

"Bir müddət öncə mətbuata vəzifəli məmur oğlu ilə ailə qurmağa hazırlaşmağım xəbərini açıqladım. Bu açıqlamamdan sonra bir çox problemlər yaşadım. Ailə quracağım bəyin adını açıqlamasam da onun şəkli saytlarda dərc olundu. Buna görə də mənim başım çox ağrıdı. Ona çox zənglər gəldi. Hətta küsülü olduğum bir müğənni həmkarım ona zəng edib, barəmdə xoşagəlməz ifadələr söyləyib. Həmin həmkarımın kim olduğunu isə toyumdan sonra açıqlayacam. Həmin müğənnin mənim ailə quracağım bəylə danışdığı səs yazısı da məndədir. Hazırda başımız toyumuza qarışıb. Orucluqdan sonra, iyulun sonunda toyumuz olduqdan sonra həmin xanım müğənnin cavabını elə mətbuat vasitəsi ilə verəcəm. Toyumuz barədə onu deyə bilərəm ki, mediaya qapalı olacaq. Şou-biznesin bir çox tanınmış simalarını həmin gecəyə dəvət etmişəm".

Müğənni ailə quracağı bəyin onun yaradıcılıq işlərinə dəstək olduğunu deyib:

"Hər zaman Allahımdan belə bir bəyin qarşıma çıxarmasını arzulamışam. O, mənim yaradıcılıq işlərimə dəstək olur. Həm maddi, həm də mənəvi köməyim odur. Onun dəstəyini görüb, mən də sözləri Zaur Zeynala, musiqisi Nurlan Təhməzliyə, aranjimanı Fərahimə məxsus "Qara səhifəm" adlı mahnını ifa elədim. Bu mahnı bu gündən etibarən radio-dalğalarında səslənəcək".

Tarix
2015.07.03 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla